06 Fevral 2019 17:18
439
DÜNYA
A- A+

Aİ Şərqi Avropada ikili standartlar tətbiq edir


Avropa İttifaqının (Aİ) hazırkı sədri, Rumıniyanın Baş naziri Veronika Dençile Aİ ölkələrinin Şərqi Avropa ölkələrində vəziyyətə münasibətindən narazılığını bildirmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

"Biz Fransada "sarı jiletlər”in etirazlarının nəyə gətirib çıxardığını gördük. Heç kim Avropa Parlamentinə gəlib Fransaya qarşı qərar qəbul olunmasını tələb etmədi. Bu, ikili standartların təzahürüdür” deyə Dençile vurğulamışdır.

Aİ-nin sədri "Politico” qəzetinə müsahibəsində Rumıniya, Polşa və Bolqarıstana münasibətdən narazılığını ifadə etmişdir. Dençile demişdir ki, Aİ liderləri onun ölkəsində korrupsiya faktlarına və hökumət əleyhinə etirazlara qərəzli yanaşırlar. O qeyd etmişdir ki, Avropanın həmin liderləri Fransada "sarı jiletlər”in etirazlarına heç bir reaksiya verməmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video