Alternative content

04:48 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya ilə dövlət sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisi sürətlənir
Rusiya ilə dövlət sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisi sürətlənir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:36 06.02.2019


"Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 kilometr uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun inşa edilir.

4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayırıcı zolaqda beton çəpərlərin, beton bordürlərin quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 metr olmaqla) nəzərdə tutulur.

Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.

Beton yolda yol geyiminin tikintisi işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, yol geyimi üst qatına qədər tikilib. Yeni layihələndirilən yolun isə 25-26,3-cü kilometrlik hissəsində hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün birinci qatı tikilib. Layihə üzrə nəzərdə tutulmuş suötürücü və ehtiyat boruların 305 poqonmetri artıq quraşdırılıb, kommunikasiya xətlərinin köçürülməsi isə 90 faiz yerinə yetirilib. Layihənin birinci mərhələsi üzrə işlərin fiziki tərəqqisi ümumilikdə 40 faiz təşkil edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM