Alternative content

03:24 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kapital təyinatını dəyişir
Kapital təyinatını dəyişir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:32 06.02.2019


İnsan şüurlu həyata qədəm qoyandan yaxşı yaşamaq istəyir və burada qeyri-adi heç nə yoxdur. Elə dünyada istiqamətindən və sahəsindən asılı olmayaraq baş verən bütün hadisələr də ya dolayısı, ya da birbaşa yaxşı həyat uğrunda gedən mübarizələrdən ibarətdir. Hətta həmin mübarizələri müxtəlif adlarla pərdələmək istəsələr belə, bu gün hamıya gün kimi aydındır ki, "dava yorğan üstədir”.

Elə bu səbəbdən siyasi cəhətdən mütərəqqi ölkələrdə bütün iqtisadi imkanlar sonda əhalinin soasial müdafiəsinin gücləndirilməsinə, güzəranının yaxşılaşdırılmasına yönəldilir. Əks halda, maddi nemətlər uğrunda aparılan mücadilənin bir qara qəpik qiyməti olmazdı.

Azərbaycan da bu baxımdan mütərəqqi ölkələr sırasına daxildir. Hələ ölkədə neft bumu başlamamışdan əvvəl yeni dövlət başçısı seçilən İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, bizim məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdir. Bu isə o demək idi ki, nə ediriksə və nə edəcəyiksə, Azərbaycan vətəndaşı üçündür.

Həmin dövrdən ötən zaman göstərdi ki, Prezidentin bu sözləri arxasında konkret əməl, konkret nəticələr durur. 15 ilin nəticələrinə nəzər salaq: 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda maaşlar 7, pensiyalar 9 dəfə artıb, məcburi köçkünlər üçün 102 qəsəbə salınıb, bu hesaba 290 min soydaşımız evlə təmin olunub, şəhid ailələrinə 6600-dən çox mənzil, müharibə əlillərinə 6144 avtomobil verilib, ölkə üzrə qaz təchizatı 95, içməli su təminatı 70 faizə çatıb, 3200-dən çox məktəb binası, 640 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir olunub, 15 min kilometr avtomobil yolu çəkilib, nəhayət, 2 milyondan çox iş yeri açılıb və s. Bunlar əhalinin sosial müdafiəsi sahəsində ölkəmizdə görülən işlərin kiçik bir hissəsidir, çünki onların hamısını sadalamaq sadəcə mümkün deyil. Bir də ki, hər gün gördüyümüzü və yaşadıqlarımızı sadalamağa heç ehtiyac da yoxdur.

Bəs Dövlət Statistika Komitəsinin hesabatında bu barədə hansı faktlar var? Hesabatda bildirilir ki, ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Prezidentin 2018-ci il 9 fevral tarixli sərəncamına əsasən, 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmışdır. Məlumat üçün bildirək ki, cari ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1 milyon 299,5 min nəfər olmuşdur ki, bu da əhalinin 13,2 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği isə 222,6 manata çatmışdır.

Dövlət Statistika Komitəsinin ilkin məlumatına görə, cari ilin əvvəlinə 415,9 min nəfər sosial müavinət, 62,3 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almışdır. Ötən il birdəfəlik müavinət alanların sayı 90,1 min nəfər olmuşdur.

Hesabatda həmçinin bildirilir ki, ölkədə əhalinin sosial müdafiəyə ehtiyacı olan bütün təbəqələrinin (əlillərin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan 18 yaşadək uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adı almış, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş, 20 Yanvar hadisəsi və Çernobıl qəzası zamanı əlil olmuş şəxslərin və s.-in) aldıqları müavinətlər ötən il martın 1-dən 10 faiz artırılmışdır.

Bundan əlavə, Prezidentin fərmanı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlar zamanı itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin hər birinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinə başlanılmışdır.

Ötən il həmçinin əhalinin müxtəlif təbəqələrindən olan şəxslərə verilən Prezident təqaüdləri artırılmışdır. Artım eləcə də fəxri adlara görə verilən təqaüdləri əhatə etmişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM