warez script warez forum orkide shell indir sakarya escort mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

02:44 26 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Üçqat səmərə
Üçqat səmərə
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:31 06.02.2019


Aqrar təyinatlı, ixrac imkanlı və əmək tutumlu - "Sumqayıt karbamid” zavodunun əsas üstünlükləridir


Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar məqsədyönlü və elmi araşdırmalar nəticəsində icra edilir. Məqsəd bu yolla ölkənin bütün sahələrinin paralel inkişafına nail olmaqdır. Həmçinin qeyri-neft sektorunda aparılan islahatlar zəncirvari şəkildə digər sahələrlə bağlanır. Məsələn, Prezident İlham Əliyevin yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkında açılışında iştirak etdiyi "SOCAR karbamid” zavodu neft-kimya sənayesi ilə bağlı olsa da, istehsal edilən məhsulların təyinatı aqrar sektor üçündür.

Sumqayıt Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan müasir texnologiyaların tətbiq edildiyi istehsal sahəsidir. Burada rezidentlərin fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən sənaye parkının ərazisində neft-kimya və digər prioritet sahələr üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri yaradılır.

Nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının baş planına əsasən, burada aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr fəaliyyət göstərəcək. Kimya sənaye parkında istehsal ediləcək məhsulların çeşidi genişdir. Başqa sözlə, parkın fəaliyyəti qeyri-kimya sənayesi sahələrinin inkişafına təkan verəcək səviyyədədir.

Müasir üslubda dizayn edilən və 21 hektar sahəni əhatə edən sosial zonada parkın rezidentləri üçün bütün imkanlar yaradılır. Burada 16 mərtəbəli inzibati bina, sərgi-konfrans kompleksi, peşə təhsil mərkəzi, laboratoriya binası, emalatxanalar, uşaq baxım mərkəzi, açıq və qapalı idman meydançaları, sağlamlıq mərkəzi, yataqxana kompleksi, həmçinin rezidentlər və işçilərə xidmət edəcək digər obyektlər fəaliyyət göstərəcək.

"SOCAR karbamid” zavoduna gəldikdə, müəssisənin istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, ölkədən valyuta axını azalacaq. Müəssisə ildə 450 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. İstehsal olunan məhsulun 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da hər il ölkəyə 160 milyon dollara yaxın valyuta daxil olmasına imkan yaradacaq.

Qeyd etdiyimiz kimi, müəssisənin məhsulunun əsas təyinatı aqrar sektordur. Zavodda istehsal edilən karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir. Bu növ gübrə keyfiyyətli hesab olunur. Həmin məhsuldan istifadə kənd təsərrüfatında məhsuldarlığı yüksəldir. Hazırda aqrar sektorda həyata keçirilən islahatların məqsədi də torpaqdan səmərəli istifadə etməklə yüksək məhsuldarlığa nail olmaqdır. Bu o deməkdir ki, yeni müəssisənin fəaliyyəti kənd təsərrüfatında yeni nailiyyətlərin qazanmasına imkan yaradacaq.

Prezident İlham Əliyev müəssisənin açılışı mərasimində zavodun fəaliyyətə başlamasını yüksək qiymətləndirərək demişdir: "Ölkəmizdə ən müasir standartlara cavab verən gözəl böyük sənaye müəssisəsi yaradılmışdır. Bu zavod Azərbaycanda qeyri-neft sənayesi sahəsində həyata keçirilən ən böyük layihədir. Mənə verilən məlumata görə, zavodda ildə 650 min ton karbamid istehsal olunacaq. Onun böyük əksəriyyəti ixrac ediləcək. Eyni zamanda daxili tələbat ödəniləcək. Çünki biz bu günə qədər gübrələri xaricdən alırıq və bu məqsədlər üçün böyük həcmdə valyuta xərclənir... Bu zavodda yüzlərlə yeni iş yeri yaradılır. Mənə verilən məlumata görə, karbamid zavodunda 500 iş yeri yaradılacaq və burada işləyəcək insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır, onların əksəriyyəti gənclərdir”.

Məlumdur ki, hər bir məhsulun xammalının ölkə daxilində olması onun maya dəyərini aşağı salır, iqtisadi səmərəliliyini artırır. Yeni zavodda xammal kimi ildə 450 milyon kubmetr təbii qazdan istifadə olunacaq. Bu günkü bazar qiymətləri ilə həmin qazın xarici bazara ixracı ölkəmizə 80 milyon dollar vəsait qazandırmağa imkan verəcəkdisə, ondan karbamid məhsulu hazırlamaqla 150-160 milyon dollar qazana biləcəyik. Bu da zavodun səmərəliliyini daha da artırır. Belə müəssisələrin yaradılması ümumi inkişafımıza təkan verməklə yanaşı, dünya bazarına məhsul ixrac etməklə valyuta qazanmaq imkanlarımızı artırır, ölkədə məşğulluğun təminatında mühüm rol oynayır.

Rüstəm KAMAL

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM