Alternative content

10:24 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda miqrasiyanın müsbət saldosu nədən qaynaqlanır
Azərbaycanda miqrasiyanın müsbət saldosu nədən qaynaqlanır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:24 06.02.2019


Azərbaycanda əhali əsasən təbii yolla, yəni, yeni doğulanların hesabına çoxalır. Son illərdə artıma həm də buraya daimi yaşamağa gələnlərin sayı təsir edir. Belə ki, Azərbaycana köçüb gələnlərin sayı ölkəni biryolluq tərk edənlərin sayını bir neçə dəfə üstələyir.

Statistikanı izləsək, deyilənlərin bir daha şahidi olarıq. 2012-ci ildə Azərbaycanda immiqrantların (ölkəyə yaşamağa gələnlərin) sayı 2200 nəfər olub. Emiqrantların (ölkədən köçüb gedənlərin) sayı isə cəmi 300 nəfər təşkil edib. Növbəti 2013-cü ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı digər ölkələrə gedənlərin sayından 4 dəfə çox olub. 2014-cü ildə Azərbaycana biryolluq 1900 nəfər gəlib və ölkəni birdəfəlik cəmi 800 nəfər tərk edib. 2015-ci ilə aid rəqəmlər isə müvafiq olaraq 2700 və 1600-dür. Bu tendensiya son 3 ildə də davam edib. Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən ötən ilin yanvar-noyabr ayları ərzində daimi yaşamaq üçün Azərbaycana 3103 nəfər gələn, Azərbaycandan isə 1558 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 1545 nəfər təşkil edib.

27-28 il əvvəl isə mənzərə bambaşqa idi. Yaşlı və orta nəsil 1990-cı illərin əvvəllərində kortəbii miqrasiyanın necə baş alıb getdiyini yaxşı xatırlayır. Əsas axın kəndlərdən idi. Kənd əhalisinin azaldığı statistikasız da aydın görünürdü. Çünki neçə-neçə insan bir parça çörək dalınca yad məmləkətlərə üz tutmuşdu. Çoxları ailələrini də götürüb özləri ilə aparmışdı.

Onları bəlkə heç qınamalı da deyildi. "Kəndli pambıq əksə də, əkməsə də, onu dolandıracağıq” deyərək ağlasığmaz vəd verən yalançı "rəhbərlər”in "fəaliyyət”i nəticəsində bölgələrə sükut çökmüşdü. Şəhərlərdə isə müəssisələrin işi dayanmış, istehsal sahələri dağıdılıb talan edilmiş, fəhlələr aylarla maaşsız qalmışdı. Belə hərc-mərclikdən çıxış yolunu çoxları baş götürüb ölkədən getməkdə görürdü. Odur ki, məcburiyyət qarşısında vətəni tərk edənlərin sayı ildən-ilə deyil, aydan-aya artırdı.

1993-cü ildə ölkəni birdəfəlik tərk edənlərin sayı 28 min 500 nəfərə çatmışdı. Azərbaycana köçüb gələnlərin sayı isə cəmi 16 min 200 nəfər idi. Həmin il xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev bu dözülməz vəziyyətə son qoyulması üçün təxirəsalınmaz tədbirlər həyata keçirdi. Neft sənayesi dirçəldildi, "Əsrin müqaviləsi” imzalandı, sənaye müəssisələrinin əmək ahəngi özünə qaytarıldı.

Başqa bir əməli addım aqrar islahatların həyata keçirilməsi oldu. Nəticədə kəndli öz torpağının - öz taleyinin sahibi oldu. Bunlar aqrar sahədə işlərin getdikcə sürətlənməsinə, kənd təsərrüfatı məhsulları istehsalının artmasına, sahibkarlığın inkişafına yol açdı. Bu tədbirlər sonrakı illərdə davamlı surətdə inkişaf etdirilərək geniş vüsət aldı.

Vəziyyət tədricən yaxşılığa doğru dəyişməkdə idi. Məsələn, 2002-ci ildə Azərbaycanı tərk edənlərin sayı 4300 idisə, 2003-cü ildə xeyli azalaraq 3800 oldu. Bir il ərzində gələnlərin sayı isə iki dəfədən çox artdı. 2002-ci ildə Azərbaycana daimi yaşamaq üçün 1200 nəfər gəlmişdisə, 2003-cü ildə onların sayı 2500-ə çatdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafına yönəldilən dövlət proqramları, böyük layihələr həyata keçirildi. 2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illəri əhatə edən, regionların sosial-iqtisadi inkişafına yönəldilən 3 dövlət proqramının icrası sayəsində Azərbaycan başdan-başa yeni bir görkəm alaraq yaxşı mənada tanınmaz oldu.

Həmin proqramların ən önəmli bəhrələrindən biri də kənd yerlərində yaşayan əhalinin öz yurd-yuvasında bərqərar olmasıdır. Təsadüfi deyil ki, son 15 ildə ölkədə yaradılan 2 milyon iş yerinin böyük hissəsi bölgələrin payına düşür. Ənənəvi kənd təsərrüfatı sahələri bərpa edilib. Regionlarda çoxsaylı sənaye, o cümlədən emal müəssisələri açılıb. Sahibkarlığın inkişafına böyük dəstək verilir. Yaradılması nəzərdə tutulan 51 aqroparkdan 17-si artıq fəaliyyətə başlayıb. 15 ildə çəkilən 15 min kilometr avtomobil yolu kəndlə şəhər arasında əlaqəni genişləndirib, ümumən ölkə əhalisinin rahatlığını təmin edib.

Elektrik enerjisi qıtlığından yaşanan olaylar, kəndlərin, bəzən hətta şəhərlərin işığı fasilələrlə aldığı illər də yaddan çıxmayıb. Bu gün isə Azərbaycanın özü elektrik enerjisi ixrac edən ölkədir.

XX əsrin 90-cı illərinin əvvəllərində insanları kəndlərdən uzaqlaşdıran səbəblərdən biri - qazın olmaması idi. İndi qaz xətləri ən ucqar dağ kəndlərinə qədər uzanıb. Ölkədə qazlaşdırma 95 faizi ötüb. Bir çox içməli su və suvarma suyu layihələri gerçəkləşib.

İnsanın iş yeri varsa, güzəranı yaxşıdırsa, işığı, suyu, istiliyi boldursa, yolu rahatdırsa, o öz evindən, el-obasından uzağa gedən deyil. Azərbaycanda miqrasiyanın müsbət saldosunu şərtləndirən başlıca amillər də məhz bunlardır. Başqa sözlə, demoqrafiya istənilən ölkədə sosial-iqtisadi vəziyyətin göstəricilərindən biri sayılır. Miqrasiya isə əsas demoqrafik göstəricilərdən biridir və onun saldosunun müsbət olaraq qalması Azərbaycanda insanların xoş güzəranı ilə səciyyələnir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM