19:00 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İqtisadi islahatlar həm də münbit investisiya mühiti formalaşdırır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:17 06.02.2019


Hər bir ölkədə dinamik inkişafın qorunub saxlanması, iqtisadi islahatların davamlılığının təmin edilməsi üçün kapital qoyuluşunun önəmli olması məlum faktdır. Dünya təcrübəsi göstərir ki, hətta inkişaf etmiş ölkələrdə belə investisiya yatırımı zəiflədikdə iqtisadi geriləmə və durğunluq baş verir. Bu səbəbdən bütün dövlətlər inkişaf dinamikasının qorunub saxlanması üçün kapital qoyuluşuna xüsusi diqqət yetirir.

Azərbaycan kimi inkişaf etməkdə olan və iqtisadi islahatlar aparan ölkələrdən ötrü isə sərmayə qoyuluşunun əhəmiyyəti daha çoxdur, ən azından islahatların davamlı olması üçün. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sərmayə qoyuluşunun, o cümlədən özəl sektorun kreditləşməsinin əhəmiyyətini vurğulayaraq demişdir: "Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq. Bildirməliyəm ki, əvvəlki illərdə sahibkarlara 2,2 milyard manat məbləğində güzəştli kreditlər verilmişdir, keçən il isə 160 milyon manat. Sevindirici haldır ki, ayrılan kreditlər əvvəlcə verilmiş və sonra qaytarılan kreditlər hesabına ödənilir. Yəni büdcə bu məsələyə pul xərcləmir. Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və göstərəcəyik”.

Ölkəmizdə aparılan iqtisadi islahatlar, sahibkarlığa verilən dövlət dəstəyi, münbit investisiya mühitinin formalaşması beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının "Doing Business 2019” təhlilinə görə Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasındadır.

Sözsüz ki, bu, ölkəmizdə aparılan islahatlara və şəffaf investisiya mühitinə verilən yüksək qiymətdir. Xüsusilə Azərbaycanda qeyri-neft sektoruna sərmayə yatırımının dinamikasının artması beynəlxalq maliyyə qurumları tərəfindən təqdir edilir.

Faktlara nəzər salaq: ötən il təkcə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara 370 milyon manat məbləğində subsidiya və güzəştlər edilib, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 999 sahibkara 160 milyon manat güzəştli kredit ayrılıb, İpoteka və Kredit Zəmanəti Fondu isə ölkə bankları tərəfindən kreditləşdirilən 277 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib, həmçinin 17 milyon məbləğində kreditlə bağlı zəmanət dəstəyi göstərib. Bununla yanaşı, qeyri-neft məhsullarının ixracının təşviqi və stimullaşdırılması proqramı çərçivəsində sahibkarlara dövlət büdcəsindən 15 milyon ixrac təşviqi ödənilib.

Ölkə üzrə investisiya təşviqi proqramı, demək olar ki, bütün sahələri əhatə edir. Ötən il sosial, fiziki infrastruktur və digər investisiya təyinatlı layihələrin icrasına dövlət investisiya proqramı hesabına 5 milyard 64 milyon, Prezidentin Ehtiyat Fondu hesabına 301 milyon manat investisiya yatırılıb. Beləliklə, il ərzində bu iki mənbədən ölkə iqtisadiyyatına 5 milyard 365 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 238,2 milyon manat sərmayə yatırılıb. Həmin dövrdə neft sektoruna yatırılan investisiyaların həcmi azalsa da, qeyri-neft sektoruna yönələn vəsaitin məbləği 22, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyaların həcmi 23 faiz artıb. Digər bir fakt: keçən il yatırılan ümumi sərmayənin 46,7 faizi dövlət, 53,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. Eyni zamanda, daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 69,7 faizini təşkil edib. Hesabat dövründə əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 9 milyard 76,9 milyon, bank kreditləri 1 milyard 902,5 milyon, büdcə vəsaitləri 4 milyard 449,2 milyon, büdcədənkənar fondların vəsaiti 278,7 milyon, əhalinin şəxsi vəsaitləri 1 milyard 407,8 milyon, digər vəsaitlər isə 123,1 milyon manat olub.

Xarici sərmayəyə gəldikdə, bu sahədə də rəqəm az deyil - 5 milyard 222,1 milyon manat. Bu vəsaitin 82,6 faizi İngiltərə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, İran, Rusiya, Çexiya və Norveç sərmayədarlarına məxsus olub.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM