Alternative content

03:22 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azad Rəhimov: Formula 1 Azərbaycan Qran-Prisi yerli şirkətlər üçün yeni imkanlar açır
Azad Rəhimov: Formula 1 Azərbaycan Qran-Prisi yerli şirkətlər üçün yeni imkanlar açır
ANA SƏHİFƏ / İDMAN
15:53 05.02.2019

Formula 1 dəyişən və inkişaf edən idman növüdür və yarışın təşkil olunduğu ölkələr üçün yeni imkanlar açır. İdmanın bu növü ev sahibi ölkələrin iqtisadiyyatına müsbət təsir göstərir. Bütün bunları nəzərə alaraq, qarşılıq razılıq əsasında Azərbaycan Qran-Prisinin 2023-cü ilədək keçirilməsi ilə bağlı müqavilə imzaladıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 5-də Bakıda təşkil olunan mətbuat konfransında Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri deyib.

O bildirib ki, yaxın vaxtlarda Formula 1-də inqilabi dəyişikliklər gözlənilmir. Əsas dəyişiklik 2021-ci ilə nəzərdə tutulub. Belə ki, bolidlərin aerodinamikası artırılacaq. Bu da yarışlara həyəcan qatacaq və azarkeşlərin idmanın bu növünə marağını daha da artıracaq.

"Şəhər traslarında təşkil olunan Formula 1 yarışları daha baxımlı olur. Bakı şəhər halqası ilə yanaşı, Sinqapur, Monako və Montsa Qran-priləri də unikallığı ilə seçilir. 2020-ci ildə şəhər traslarında təşkil olunan yarışlara daha biri – Vyetnam Qran-Prisi də əlavə olunacaq. Bu tipli yarışlarda şəhərin enerjisi və Formula 1 sevərlərin azarkeşliyi yarışla vəhdət təşkil edir”, - deyə Ç.Keri əlavə edib.

İmzalanmış yeni müqavilənin əhəmiyyətini yüksək qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Azərbaycan Qran-Prisi yerli şirkətlər üçün yeni imkanlar açır. Onların beynəlxalq arenaya inteqrasiyası üçün bu yarış çox əlverişlidir. Dənizkənarı Milli Parkda yaradılan "F1 Şəhərciyi”ndə şirkətlər öz stendlərini yerləşdirir, məhsullarını təbliğ edir, həmçinin yeni əməkdaşlıqların qurulması istiqamətində addımlar atırlar.

"Gələcəkdə Azərbaycan pilotlarının da Formula 1-də iştirak etmələri mümkündür. Hazırda ölkəmizdə idmançıların yetişməsi üçün kartinq fəaliyyət göstərir. Həmçinin Azərbaycan Avtomobil Federasiyası da bu istiqamətdə işlər aparır”, - deyə nazir diqqətə çatdırıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM