Alternative content

04:47 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Formula 1 Qrupu ilə imzalanmış yeni müqavilə Azərbaycanın yarışa uğurla ev sahibliyi etməsinin göstəricisidir
Formula 1 Qrupu ilə imzalanmış yeni müqavilə Azərbaycanın yarışa uğurla ev sahibliyi etməsinin göstəricisidir
ANA SƏHİFƏ / İDMAN
15:35 05.02.2019

Bakıda "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans davam edir.

AZƏRTACxəbər verir ki, Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan”) icraçı direktoru Natəvan Məmmədova konfransda çıxış edərək bildirib ki, mötəbər beynəlxalq yarışların ölkəmizdə keçirilməsi orta və kiçik biznes də olmaqla bütün sahələrin inkişafına töhfə verir. İdman yarışmaları, eyni zamanda, turizm sektorunun inkişafına da mühüm təsir göstərir.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid təbliğat zamanı brendin uğurla seçilməsinin önəmli olduğunu deyib. Bildirib ki, Azərbaycanla bağlı sonuncu tanıtım videosu ötən ilin sonunda ictimaiyyətə təqdim edilib. Videoçarxın Londonda nümayişi çox uğurlu olub. Cari ildə isə bu təbliğatın Rusiya, Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada təşkili nəzərdə tutulub. Digər ölkələrdə də təbliğatın aparılması planlaşdırılır.

Formula 1 yarışının təşkilatçısı Emili Preyzer Azərbaycan Qran-Prisinin dünya çempionatının təqvimində xüsusi çəkiyə malik olduğunu deyərək diqqətə çatdırıb ki, Azərbaycanda kifayət qədər Formula 1 azarkeşi var. Bütün bunlar rəqəmsal platformalarda aparılan hesablamalar zamanı müəyyən edilir. İldən-ilə yarışı izləyənlərin sayı artır və Azərbaycan Qran-Prisi ilin ən yaxşı yürüşü adını qazanır. Bütün bunlar Azərbaycan Qran-Prisinin təşkilatçılarının yüksək peşəkarlığından xəbər verir.

"Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Formula 1 yarışının Azərbaycanda keçirilməsinin daha üç il uzadılmasının müsbət hal olduğunu bildirib. O qeyd edib ki, bu müqavilə Azərbaycanın Qran-Priyə uğurla ev sahibliyi etməsinin göstəricisidir. Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük uğurlar əldə etdiyini vurğulayan A.Rəhimov deyib: "Biz yarışı təşkil etməyə başlayanda uğur qazanıb-qazanmayacağımızı bilmirdik. Formula 1 tərəfdaşlarının və hökumətin verdiyi rəy işimizin uğurlu olduğunu göstərir. Çalışacağıq ki, qarşıdakı illərdə də uğurlarımız davam etsin”.

Digər çıxış edənlər də irimiqyaslı idman yarışlarının ölkə üçün əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu yarışlar iqtisadi inkişafa töhfə verməklə yanaşı, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına da səbəb olur.

***

Formula 1 Azərbaycan Qran-Prisinin ölkəmizdəki təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə fevralın 5-də "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTACxəbər verir ki, konfransa BŞH-nin icraçı direktoru Arif Rəhimov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, "Heineken International” şirkətinin Formula 1 və Formula E yarışlarına sponsorluğuna dair aparıcı mütəxəssis Ben Pinkus və Formula 1 yarışlarının təşkilatçısı Emili Preyzer qatılıblar.

Konfransda "Formula 1: Qlobal brendler platforması” mövzusunda müzakirələr aparılır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM