05 Fevral 2019 00:54
869
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbi Gənclər Gününü qeyd edib


Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ali məktəbin rektoru Elmar Qasımov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, BANM-in professor-müəllim heyəti, administrativ heyəti və tələbələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və BANM gənclərinin timsalında bütün Azərbaycan gənclərini ürəkdən təbrik edib. Rektor qeyd edib ki, dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və o gündən sonra hər il Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Rektor vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət gənclər siyasətinə verdiyi önəm və gənclərə qayğısı nəticəsində bu sahədə xüsusi dövlət proqramı həyata keçirilir, bölgələrdə gənclər mərkəzi yaradılır, gənclərin dünyaya inteqrasiya etməsinə, təhsilinə, sosial-ictimai fəaliyyətinə xüsusi dəstək verilir. "Dövlətimizin ənənələrinə sadiq qalaraq BANM də hər il bu günü böyük auditoriya ilə qeyd edir”- deyə rektor Elmar Qasımov bildirib.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək gəncləri ölkəmizin inkişafı naminə sosial-ictimai fəaliyyətdə aktiv iştirak etməyə səsləyiblər.

Rektor Elmar Qasımov tədbirdə ali məktəbin inkişafına verdiyi töhfələrə görə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədova və ali məktəbin tələbələrinin elmi-sosial inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərova BANM-in Fəxri diplomunu təqdim edib.

Bakı Ali Neft Məktəbinin məzunları adından 2018-ci il "Neft-qaz mühəndisliyi” ixtisasının məzunu, BP-də Ətraf mühit əməliyyatları üzrə mühəndis Mehriban Əliyeva da tədbirdə çıxış edərək gəncləri təbrik edib və öz uğur hekayəsini onlarla bölüşüb.

Gənclər Günü münasibətilə keçirilən tədbirdə etdikləri ixtiraya görə "İlin ixtirası” adına layiq görülən Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı - "ClimateLaunchpad”-ın Azərbaycan üzrə qalibi olmuş, Şotlandiyanın Edinburq şəhərində Azərbaycanı təmsil etmiş və Respublika İnnovasiya müsabiqəsində 1-ci yer tutaraq 5000 manat mükafata layiq görülmüş "ThermoNorth” layihəsinin rəhbəri və üzvləri təltif olunublar. Rektor Elmar Qasımov tərəfindən komanda rəhbəri, BANM-in dosenti Əmir Rza Vəxşuriyə BANM-in diplomu, komanda üzvləri - BANM-in tələbələrinə isə sertifikatlar təqdim olunub.

Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyi və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təşkilatçılığı ilə Dünya Robot Olimpiadasının seçim turlarında ali məktəbi uğurla təmsil edərək 1, 2, 3, 4-cü yerləri qazanmış və ölkəmizi Taylandda keçirilən Dünya Robot Olimpiadasında təmsil edən BANM-in "Robo Sapiens” komandasının rəhbəri, BANM-in baş müəllimi Abbas Əlili BANM-in diplomu, komanda üzvləri - tələbələr isə sertifikatlarla təltif olunublar.

Rektor ali məktəbin "Kimya mühəndisliyi” ixtisasının 5-ci kurs tələbəsi Anar Bədəlbəylini ictimai, sosial işlərdə fəallığına, nümunəvi davranışına və ali məktəbin fəaliyyətində aktiv iştirakına görə "İlin tələbəsi” elan edib və onu ali məktəbin diplomu ilə təltif edib.

Bundan başqa, "CanSat Azerbaijan” 2018 müsabiqəsindən Azərbaycan üzrə 2-ci yeri əldə etmiş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İdeya var” Gənclərin Ümumrespublika elmi-yaradıcılıq festivalında "İlin layihəsi” adını qazanmış "İstehsalat sularından litiumun ayrılması” layihəsinin üzvləri, eləcə də il ərzində ölkənin və ali məktəbin sosial həyatında aktiv iştirak etmiş, uğurlar əldə etmiş digər tələbələr sertifikatlar və mükafatlarla təltif olunublar.

Tədbir bədii konsert proqramı ilə yekunlaşıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video