Alternative content

03:19 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lider dəyişmədi: 2 qol, 2 qırmızı vərəqə
Lider dəyişmədi: 2 qol, 2 qırmızı vərəqə
ANA SƏHİFƏ / İDMAN
00:33 05.02.2019


Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura start verildi. Fasilədən sonra turun mərkəzi matçı Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ” və "Neftçi” komandaları arasında keçirildi. Ağdam təmsilçisinin favorit kimi göstərildiyi qarşılaşmaya "Neftçi” çempionatın lideri kimi çıxmışdı. Bu görüşdən qazanılacaq 3 xal "Qarabağ”ı liderliyə yüksəldəcəkdi.

Oyuna meydan sahibləri daha sürətli başladılar. Əsasən sol cinahdan qurulan hücumlara üstünlük verən "Qarabağ”da "yeni-köhnə” transfer Almeydanın fəallığı daha çox hiss olunurdu.

Görüşün 6-cı dəqiqəsində "Neftçi”ninmüdafiə xəttinin mərkəzindəki boşluqdan məharətlə istifadə edən Dani Kintana qapıçı ilə dueldən qalib ayrılaraq "Qarabağ”ı hesabda irəli çıxardı. Altı aydır zədə ucbatından yaşıl meydanlardan uzaqda qalan"Neftçi”nin kapitanı Ruslan Abışovun müdafiə xəttində yeri hiss olunurdu.

Qoldan sonra tədricən qısa ötürmələrə üstünlük verərək meydançanın mərkəzində nəzarəti ələ keçirən "Neftçi”"Qarabağ”ın qapısı qarşısında təhlükəli epizodlar yaratmağa başladı. Belə epziodların birində "ağ-qaralar”ın yeni transferi Mamadu Mboc küncdən ötürülən topu baş zərbəsi ilə qapıdan keçirdi.

Fasilədən sonra iki komandanın hər biri qırmızı vərəqə ilə cəzalandırıldı. Lakin qol vurmaq üçün imkanlar olsa da, qapılardan top keçmədi.

Turun digər matçında "Qəbələ” doğma meydanda "Sumqayıt”la qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı. Digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alındı:

"Zirə”-”Sabah” - 0:2; "Keşlə”-”Səbail” - 0:3.


E.CƏFƏROV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM