04 Fevral 2019 21:52
676
İDMAN
A- A+

Minskdə ikinci Avropa Oyunlarına həsr olunan poçt markaları təqdim edilib


Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi "İkinci Avropa Oyunları – 2019” seriyası üzrə dörd poçt markası buraxıb.

AZƏRTAC "Minsk 2019”un saytına istinadla xəbər verir ki, markaların təntənəli təqdimat mərasimi ikinci Avropa Oyunlarının təşkilat komitəsinin sədri Georgi Katulinin, Belarus Respublikasının rabitə və informasiya nazirinin birinci müavini Dmitri Şedkonun, idman və turizm nazirinin müavini Aleksandr Baraulinin, həmçinin Oyunların maskotu Lesikin iştirakı ilə keçirilib.

İkinci Avropa Oyunlarının təşkilat komitəsinin sədri Georgi Katulin poçt markalarının təqdimatının əlamətdar hadisə olduğunu vurğulayıb. O, İkinci Avropa Oyunlarının Belarusda idmanın inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video