Alternative content

04:54 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Paralimpiya tarixində ilk dəfə qış idman növündə qızıl medal qazanılıb
Azərbaycan Paralimpiya tarixində ilk dəfə qış idman növündə qızıl medal qazanılıb
ANA SƏHİFƏ / İDMAN
21:52 04.02.2019

Azərbaycan Paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq paralimpiyaçılarımız qış idman növü üzrə beynəlxalq turnirə qatılıblar. İdmançılarımız ilk dəfə qatıldıqları yarışda qızıl medal qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, İranda dağ xizəkçiliyi üzrə Asiya çempionatında iştirak edən idmançımız Gülnar Rəhimova ilk yarış günündə "böyük slalom” yarışlarında ən yaxşı nəticəni göstərərək birinci olub.

Çempionatın ikinci günündə isə G.Rəhimova "slalom” üzrə yarışlarda ən yaxşı nəticəni göstərib. Hər iki yarışın nəticəsinə görə, Gülnar Rəhimova iki qızıl medala layiq görülüb.

Fevralın 4-də keçirilən mükafatlandırma mərasimində idmançımıza qızıl medallar təqdim olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM