04 Fevral 2019 17:39
368
DÜNYA
A- A+

İranın kosmik mərkəzində yanğın


İranın Tehrandakı Kosmik Tədqiqatlar Mərkəzində baş vermiş yanğın nəticəsində üç alim həlak olmuşdur. Bu barədə İSNA agentliyi İranın informasiya və telekommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromiyə istinadən xəbər verir.

Yanğının səbəbləri hələ müəyyənləşdirilməmişdir. Cəhrominin dediyinə görə, hadisə islam inqilabının ildönümünə həsr olunmuş bayram tədbirləri zamanı baş vermişdir. Nazir yanğının baş verdiyi vaxtı və ölənlərin şəxsiyyətini dəqiqləşdirməmişdir.

Xatırladaq ki, ötən ayın 15-də İran "Pəyam” peykini kosmosa buraxmış, lakin start uğursuz olmuşdur. Bundan əvvəl Cəhromi bildirmişdi ki, İran mülki məqsədlər üçün ölkədə hazırlanmış yeni peyki kosmosa göndərməyə hazırlaşır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video