04 Fevral 2019 16:54
341
İQTİSADİYYAT
A- A+

“Bakı Metropoliteni” QSC Rusiyadan yeni vaqonlar alır


Rusiyanın "Transmaşholdinq” Səhmdar Cəmiyyəti bu il Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqon istehsal edəcək. Bununla bağlı müqaviləni "Transmaşholdinq”in tərkibinə daxil olan "Metrovaqonmaş” SC-nin direktoru Boris Boqatıryov və "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıblar.

"Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, istehsal olunacaq 81-765.Б/766.Б modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. 2017-ci ildən istehsal olunan yeni vaqonlar Bakı metropoliteninin istismar parkındakı eyni modellərin sayını artıracaq. Alınacaq vaqonlar sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanıb.

Əvvəlki nümunələri ilə müqayisədə indiki vaqonların qapıları daha enlidir, qapıların açılıb bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün elektrik mənbəyinə malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb. Orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video