Alternative content

17:03 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qarabağ”-“Neftçi” matçı heç-heçə başa çatıb
“Qarabağ”-“Neftçi” matçı heç-heçə başa çatıb
ANA SƏHİFƏ / İDMAN
20:40 03.02.2019

Fevralın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunda keçirilən "Qarabağ”-"Neftçi” görüşü 1:1 hesabı ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki qol birinci hisssədə vurulub. Əvvəlcə 7-ci dəqiqədə "Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana hesabı açıb. Matçın 30-cu dəqiqəsində isə Mboc dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirib.

İkinci hissədə tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib. Əvəzində isə hər komandadan bir futbolçu – "Neftçi”dən Krivotsyuk, "Qarabağ”dan isə Qara Qarayev qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk edib.

Qeyd edək ki, "Qarabağ”ın start heyətində Şahrudin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov (k), Donald Qerye, Dani Kintana, Riçard Almeyda, Filip Ozoviç, Abdullah Zubir və Bədavi Hüseynov yer alıblar.

"Neftçi” komandasının ilk onbirliyində isə meydana Səlahət Ağayev, Mamadu Mbodj, Anton Krivatsyuk, Emin Mahmudov (k), Baqali Dabo, Vanqelis Plattelas, Tural Axundov, Mirabdulla Abbasov, Kirilo Petrov, Ömər Buludov və Soni Mustivar çıxıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı Rəvan Həmzəzadə idarə edib. Ona Knyaz Əmiraslanov və Vüqar Bayramov kömək ediblər. Matçın dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirib. Görüşün hakim-inspektoru Vüsal Əliyev, AFFA nümayəndəsi isə Rüfət Əmirov olublar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM