Alternative content

17:07 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Premyer Liqası: “Qəbələ” son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb
Azərbaycan Premyer Liqası: “Qəbələ” son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb
ANA SƏHİFƏ / İDMAN
17:25 03.02.2019

Fevralın 3-də Azərbaycan Premyer Liqasının XV turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda keçilən qarşılaşmada şəhərin eyniadlı komandası "Sumqayıt”ı qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb. Fasilədən sonra da bərabər səviyyəli oyun müşahidə olunub. Qarşılaşmanın əsas vaxtının bitməsinə altı dəqiqə qalmış qəbələlilər hesabı açmağa nail olublar. "Qəbələ” klubunun fransız legioneri Stiven Monroz uzaq məsafədən baxımlı qola imza atıb – 1:0. Qoldan sonra var qüvvəsi ilə irəli atılan sumqayıtlıların cəhdləri uğursuz olub və hesab dəyişməyib.

Beləliklə, "Qəbələ” qış fasiləsindən sonra keçirdiyi ilk oyununda qələbə qazanıb. Bu qələbən sonra xallarını 20-yə çatdıran "Qəbələ” 5-ci, "Sumqayıt” isə 15 xalla 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, tur 18:30-da başlayacaq "Qarabağ”-"Neftçi” oyunu ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı Rəvan Həmzəzadə idarə edəcək.

Xatırladaq ki, XV tura fevralın 2-də start verilib. İlk matçda "Zirə” doğma meydanda "Sabah”a (0:2), "Keşlə” isə "Səbail”ə (0:3) məğlub olublar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM