03 Fevral 2019 01:35
986
Fərmanlar
A- A+

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin qanunun 15-11.10-cu maddəsinə uyğun olaraq, informasiya resursları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarına inteqrasiya olunmalı dövlət orqanları (qurumları) ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, habelə həmin dövlət orqanlarının (qurumlarının) informasiya resurslarının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarına inteqrasiyasının hədlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.4. həmin qanunun 15-2.7-ci maddəsinə və 15-20.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun şamil edilmədiyi şəxslərin, habelə xidmətlər zərfinin baza hissəsinin şamil edilmədiyi şəxslərin əhatə dairəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.5. həmin qanunun 6.1.1-ci maddəsinə uyğun olaraq, könüllü tibbi sığorta müqaviləsinin formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin qanunun 15-6.3-cü maddəsinə uyğun olaraq, sığortalı və sığortaolunanların fərdi uçotunun aparılması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin qanunun 15-19-cu maddəsinə uyğun olaraq, tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilənin nümunəvi formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin qanunun 15-25.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. həmin qanunun 15-25.2-ci maddəsinə uyğun olaraq, tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. beş ay müddətində:

1.2.1. həmin qanunun 16-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.2.2. həmin qanunun 15-22.5-ci maddəsinə uyğun olaraq, makroiqtisadi risk ehtiyatlarından və cari ehtiyatlardan istifadə qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.3. həmin qanunun 15-27.2-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə qaydasını, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısını, həmin məlumatlara buraxılış dərəcəsini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.4. həmin qanunun 15-29.2-ci maddəsinə uyğun olaraq, növbəlilik rejiminin tətbiqi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. yeddi ay müddətində:

1.3.1. həmin qanunun 15-3.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığortada iştirak etmək hüququ olan tibb təchizatçıları və ya tibbi ərazi bölmələri üçün tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.3.2. həmin qanunun 15-11.9-cu maddəsinə uyğun olaraq, statistik məlumatların təqdim edilməsi və sığorta haqqının ümumi məbləğinin hesablanması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.3. həmin qanunun 15-11.17-ci maddəsinə uyğun olaraq, hesabatın formasını və təqdim edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.4. həmin qanunun 15-13.2-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta müqaviləsinin nümunəvi formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.5. həmin qanunun 15-15.2-ci maddəsinə uyğun olaraq, sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi ərazi bölməsinə təhkimolunma qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.6. həmin qanunun 15-18.4-cü maddəsinə uyğun olaraq, gözləmə müddətinin tətbiqi qaydasının və həmin müddətin şamil olunacağı şəxslərin kateqoriyasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.7. həmin qanunun 15-26.3-cü və 15-26.4-cü maddələrinin ikinci cümlələrinə uyğun olaraq, iqtisadi ekspertizanın və tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydasını, habelə ekspertizanı aparan ekspertlərə dair tələbləri və ilkin tibbi sənədlərin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

2.1. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-11.13-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, hesabatın formasını və təqdim edilməsi qaydasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

2.2. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

3.1. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-11.14 - 15-11.16-cı maddələrinin ikinci cümlələrinə uyğun olaraq, hesabatın formasını və təqdim edilməsi qaydasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

3.2. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

4.1. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-11.18-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, hesabatın formasını və təqdim edilməsi qaydasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla dörd ay müddətində müəyyən etsin;

4.2. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

5. İcbari Sığorta üzrə Dövlət Agentliyi:

5.1. beş ay müddətində:

5.1.1. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-17.3-cü maddəsinə uyğun olaraq, tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarlarının və qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.1.2. həmin qanunun 15-17.4-cü maddəsinə uyğun olaraq, xidmətlər zərfi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.1.3. həmin qanunun 15-23.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tarifləri barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.1.4. həmin qanunun 15-23.2-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.1.5. həmin qanunun 15-27.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) yaradılmasını təmin etsin;

5.1.6. həmin qanunun 15-28.3-cü maddəsinə uyğun olaraq, xidmət haqqının məbləği ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

6. Müəyyən edilsin ki:

6.1. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 1.0.13-cü, 6.1.1-ci, 7.2-ci, 15-2.2-ci, 15-2.3.1-ci, 15.2.4-cü, 15-2.5-ci, 15-2.7-ci, 15-2.8-ci, 15-3.1 - 15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1-ci, 15-6.2-ci, 15-6.3-cü, 15-7.1.3-cü, 15-7.1.4-cü, 15-7.2.4-cü, 15-7.2.5-ci, 15-9.0.11-ci, 15-10.2-ci (hər iki halda), 15-11.2-ci, 15-11.9-cu (hər iki halda), 15-11.10-cu (hər üç halda), 15-11.11-ci maddələrində, 15-11.13-cü maddəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) cümlələrində, 15-11.14-cü maddəsinin birinci və ikinci (hər iki halda) cümlələrində, 15-11.15-ci maddəsinin birinci və ikinci (hər iki halda) cümlələrində, 15-11.16-cı maddəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) cümlələrində, 15-11.17-ci maddəsinin birinci və ikinci cümlələrində, 15-11.18-ci maddəsinin birinci və ikinci (hər iki halda) cümlələrində, 15-13.2-ci, 15-14-cü, 15-15.1-ci, 15-15.2-ci, 15-16.0-cı, 15-17.3-cü, 15-17.4-cü, 15-18.2-ci, 15-18.4-cü, 15-19-cu, 15-20.1-ci, 15-20.2-ci maddələrində, 15-20.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 15-21.1.3-cü maddəsində, 15-21.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 15-22.5-ci, 15-23.1-ci, 15-23.2-ci, 15-24.1-ci, 15-25.1-ci, 15-25.2-ci, 15-26.1-ci maddələrində, 15-26.3-cü maddəsinin ikinci cümləsində, 15-26.4-cü maddəsinin ikinci cümləsində, 15-27.1-ci, 15-27.2-ci, 15-28.3-cü, 15-29.2-ci, 16-1.1-ci, 16-1.2-ci maddələrində, 16-3-cü maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

6.2. həmin qanunun 15-2.3.1-ci, 15-2.4-cü, 15-9.0.11-ci, 15-17.3-cü, 15-17.4-cü, 15-18.2-ci maddələrində, 15-21.3-cü maddəsinin ikinci cümləsində, 15-23.1-ci, 15-23.2-ci və 15-28.3-cü maddələrində "orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

6.3. həmin qanunun 6.1.1-ci, 15-2.7-ci, 15-2.8-ci, 15-3.1-ci, 15-6.3-cü, 15-11.9-cu (ikinci halda), 15-11.10-cu (ikinci halda) maddələrində, 15-11.17-ci maddəsinin ikinci cümləsində, 15-13.2-ci, 15-15.1-ci, 15-15.2-ci, 15-18.4-cü, 15-19-cu maddələrində, 15-20.3-cü maddəsinin ikinci cümləsində, 15-22.5-ci, 15-25.1-ci, 15-25.2-ci maddələrində, 15-26.3-cü maddəsinin ikinci cümləsində, 15-26.4-cü maddəsinin ikinci cümləsində, 15-27.2-ci və 15-29.2-ci maddələrində "orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

6.4. həmin qanunun 16-3-cü maddəsinin birinci cümləsində "orqanın (qurumun) işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Dövlət Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçiləri nəzərdə tutulur;

6.5. həmin qanunun 16-3-cü maddəsinin birinci (ikinci halda) cümləsində "orqan (qurum)” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

6.6. həmin qanunun 16-3-cü maddəsinin birinci (üçüncü halda) cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

6.7. həmin qanunun 16-3-cü maddəsinin ikinci cümləsində "orqan” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Dövlət Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinə münasibətdə) nəzərdə tutulur;

6.8. həmin qanunun 15-2.2-ci, 15-2.5-ci, 15-11.2-ci, 15-11.11-ci maddələrində, 15-11.13-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində "orqan” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

6.9. həmin qanunun 15-11.14-cü maddəsinin birinci və ikinci (birinci halda) cümlələrində, 15-11.15-ci maddəsinin birinci və ikinci (birinci halda) cümlələrində, 15-11.16-cı maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 15-24.1-ci maddəsində "orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;

6.10. həmin qanunun 15-6.2-ci maddəsində "orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ("Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.3.1-ci və 15-2.3.2-ci maddələrinə münasibətdə) və Azərbaycan Respublikasının Vergilər Nazirliyi ("Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.3.4-cü və 15-2.3.5-ci maddələrinə münasibətdə) nəzərdə tutulur;

6.11. həmin qanunun 15-10.2-ci maddəsində (birinci halda) "orqan” dedikdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə tutulur;

6.12. həmin qanunun 1.0.5-ci, 1.0.13-cü, 15-3.2-ci, 15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1-ci, 15-7.1.3-cü, 15-7.1.4-cü, 15-7.2.4-cü, 15-7.2.5-ci, 15-10.2-ci (ikinci halda), 15-11.9-cu (birinci halda), 15-11.10-cu (üçüncü halda) maddələrində, 15-11.13-cü maddəsinin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində, 15-11.14-cü maddəsinin ikinci (ikinci halda) cümləsində, 15-11.15-ci maddəsinin ikinci (ikinci halda) cümləsində, 15-11.16-cı maddəsinin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində, 15-11.17-ci maddəsinin birinci cümləsində, 15-11.18-ci maddəsinin birinci və ikinci (ikinci halda) cümlələrində, 15-14-cü, 15-16.0-cı, 15-20.1-ci, 15-20.2-ci maddələrində, 15-20.3-cü maddəsinin birinci cümləsində, 15-21.1.3-cü maddəsində, 15-21.3-cü maddəsinin birinci cümləsində, 15-26.1-ci, 15-27.1-ci, 16-1.1-ci və 16-1.2-ci maddələrində "qurum” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

6.13. həmin qanunun 7.2-ci maddəsində və 15-11.18-ci maddəsinin ikinci (birinci halda) cümləsində "qurum” dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.

7. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 20; 2003, № 10, maddə 585; 2008, № 8, maddə 716; 2016, № 6, maddə 1060; 2018, № 2, maddə 212, № 8, maddə 1696) ləğv edilsin.

8. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər icbari tibbi sığortanın tətbiqi, habelə "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələlərin həlli ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq kömək göstərilməsini təmin etsinlər.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video