03 Fevral 2019 01:25
840
Fərmanlar
A- A+

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1434-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1434-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767; 2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547, № 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, № 4, maddə 360; 2016, № 1, maddə 43, № 5, maddə 883,

№ 9, maddə 1463, № 11, maddə 1807; 2017, № 3, maddə 370, № 5, maddə 757, № 7, maddə 1377, № 10, maddə 1804,

№ 12 (I kitab), maddə 2293; 2018, № 7 (I kitab), maddə 1489; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 395 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə "4.1-3-cü” sözlərindən sonra "(hər üç halda), 4.1-4-cü,” sözləri əlavə edilsin;

2.2. 2.1-1-ci bənddə "4.1-3-cü” sözləri "4.1-4-cü” sözləri ilə, "və 4.1-2-ci maddəsində isə” sözləri ", 4.1-2-ci maddəsində” sözləri ilə əvəz edilsin, həmin bəndə birinci halda "işçilərinə” sözündən sonra ", 4.1-3-cü maddəsində isə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçilərinə və mobil cihazların qeydiyyatı sisteminə” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 2-1.10-cu və 2-1.11-ci bəndlər əlavə edilsin:

"2.1-10. həmin qanunun 4.1-3-cü maddəsində "orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçiləri nəzərdə tutulurlar;

2.1-11. həmin qanunun 4.1-3-cü maddəsində (ikinci halda) "orqan” dedikdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur;

2.1-12. həmin qanunun 4.1-3-cü maddəsində (üçüncü halda) "orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur;”.

3. "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, № 11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 398 nömrəli və 27 dekabr tarixli 446 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 2.14-cü bənd əlavə edilsin:

"2.14. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-3-cü maddəsinə əsasən həmin qanunun 33-5-ci maddəsinə uyğun olaraq mobil cihazların qeydiyyatına görə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ödənilən dövlət rüsumunun 30 faizi aşağıdakı kimi bölüşdürülür:

2.14.1. 5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;

2.14.2. 25 faiz Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək məqsədi ilə həmin Nazirliyin hesabına köçürülür.”;

3.2. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası” üzrə:

3.2.1. 1.5-ci bənddə "2.1.13-cü” sözləri "2.1.14-cü” sözləri ilə əvəz edilsin;

3.2.2. 2.1.13-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.14-cü yarımbənd əlavə edilsin:

"2.1.14. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-3-cü maddəsinə əsasən həmin qanunun 33-5-ci maddəsinə uyğun olaraq mobil cihazların qeydiyyatına görə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ödənilən dövlət rüsumu.”;

3.2.3. həmin qaydaya Əlavənin "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xüsusi xəzinə hesabına köçürülən vəsait barədə məlumat” cədvəlinə aşağıdakı məzmunda 14-cü hissə əlavə edilsin:

14.

"Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-3-cü maddəsinə əsasən həmin Qanunun 33-5-ci maddəsinə uyğun olaraq mobil cihazların qeydiyyatına görə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ödənilən dövlət rüsumu


4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 5.5.11-1-ci yarımbənd əlavə edilsin:

"5.5.11-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;”.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video