Alternative content

19:53 18 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 800 il öncəki “avtomobil”
800 il öncəki “avtomobil”
ANA SƏHİFƏ / Elm və texnika
00:51 03.02.2019


Yunanca "Auto” və "mobilis” sözlərindən ibarət "Avtomobil” ifadəsi "özü gedən” mənasını verir. Avtomobil tək bir insan tərəfindən birdən-birə icad edilməyib. Təxminən dörd yüz il boyunca ixtiraçıların araşdırmaları nəticəsində avtomobil ideyası ortaya çıxıb.

İlk dəfə olaraq 13-cü yüzillikdə Roger Bacon adlı bir araşdırmaçı öz-özünə gedə bilən bir maşın təsvirini yaradıb. 15-ci yüzillikdə isə Leonardo da Vinçi bu maşının eskizlərini çəkib. 16-cı yüzillikdə fransalı Verbiest Leonardonun çəkdiyi eskizlər əsasında Çin imperatoruna hədiyyə olaraq oyuncaq maşın prototipi hazırlayıb. Nəhayət, 1769-cu ildə fransız mühəndis Fardler Nicholas Joseph Cugnot öz-özünə hərəkət edən ilk maşını icad edir. Üç təkərli olan bu avtomobil buxar qazanından əldə edilən güclə işləyirdi.

Benzinlə işləyən motora sahib ilk avtomobil 1865-ci ildə alman mühəndis Karl Benz tərəfindən icad edilib. İlk avtomobil istehsalı isə 1908-ci ilə təsadüf edir. Bu, amerikalı Henri Forda məxsus avtomobil idi.

1892 -1893-cü illərdə amerikalı iki qardaş Frank ve Charles Duryealar benzinlə işləyən ilk amerikan avtomobili istehsal edib. O vaxt "atsız avtomobil” adlandırılan bu avtomobillər bir-birinə bənzədiyi üçün fərqlilik olsun deyə, təkərlərə zəncir də əlavə edilirdi.

Zamanla güvən, sağlamlıq, rahatlıq kimi qavrayışlar önə çıxmış və avtomobillərdən daha güvənli və daha yaxşı, qısa müddət yol getmək üçün istifadə edilməyə başlandı.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM