Alternative content

18:37 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 1300 il əvvələ səyahət imkanı
1300 il əvvələ səyahət imkanı
ANA SƏHİFƏ / Elm və texnika
00:44 03.02.2019


Yenidən kəşf edilən "Shi Cheng” şəhərinin təxminən 1300 il əvvəl əsası qoyulub. Bu şəhər 55 ildir ki suyun altında qalıb.

Çindəki Beş Aslan dağının arxasında yerləşən antik şəhər Lion City ( Aslan şəhəri) hər kəsin xüsusi diqqətini çəkir. Həm də "Shi Cheng” olaraq tanınan bu şəhər 55 il suyun altında qalıb. Yenidən kəşf edilən "Shi Cheng” şəhərinin təxminən 1300 il əvvəl əsası qoyulub.

Vaxtilə şəhərin ətrafında gölə ehtiyac olduğundan bir su anbarı inşa edilib. Amma suyun səviyyəsi yüksəldiyi üçün 1959-cu ildə şəhər suda "boğulub”.

Qiandao adlanan gölün altında 26-40 metr dərinlikdə tapılan şəhərdə təxminən 85 tarixi abidə var. Şəhər 62 futbol sahəsi böyüklüyündədir, əsrlərdir günəşdən, eroziyadan, bütün ekzogen proseslərdən suyun altında olması sayəsində qorunub. Şəhərdə 5 giriş, 5 qala, 6 əsas küçə və bir çox şir fiquru olduğu deyilir.

Deyilənə görə, evlərin nərdivanları bütün detalları tamamilə sağlam şəkildə qaldığından şəhəri görən hər kəs özünü keçmişə səyahət etmiş kimi hiss edir. Hazırda Çinə səfərə gedən hər kəs ora təşkil edilən ziyarətçi turlarına qoşula bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM