02 Fevral 2019 17:16
940
Səhiyyə
A- A+

Akademik Cəmil Əliyev: Həkim üçün ən yaxşı mükafat xəstələrin tam şəfa tapmasıdır


Bu gün Bakıda artıq ənənəyə çevrilmiş növbəti Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilir. Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) təşkil etdiyi budəfəki tədbir hər il fevralın 4-də keçirilən Dünya Xərçənglə Mübarizə Gününə həsr olunub. Müasir ümumi onkologiyanın və nüvə təbabətinin aktual problemlərinin, onkologiya qarşısında duran vəzifələrin, həmçinin onların potensial həlli yollarının müzakirə edildiyi nüfuzlu beynəlxalq səhiyyə forumunda Azərbaycan onkoloqları ilə yanaşı, Avstriya, İsveçrə və Türkiyənin aparıcı tibb mərkəzlərinin yüksəkixtisaslı mütəxəssisləri, həmçinin elmi dairələrin nümayəndələri iştirak edirlər.

Zənnimcə, vətəndaşlarımızın sağlam həyat tərzinin təminatı üçün həkimlərin bir-biri ilə sıx əməkdaşlığı və onkoloji xəstəliklərin müalicəsində məlumat mübadiləsinin aparılması çox böyük əhəmiyyət kəsb edir. Buna görə də bu cür tədbirlərin keçirilməsi maarifçilik nöqteyi-nəzərindən, həmçinin həkimlərimizin daha dərin biliklər əldə etməsi üçün çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində simpoziumun sədri, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev bildirib.

Akademik C.Əliyev onkologiya sahəsində yüksək elmi və praktik nailiyyətlərə görə Birləşmiş Millətlər Təşkilatının "Elm və sülh elçisi” fəxri mükafatına layiq görülməsini şərh edərək deyib: "Bu, təkcə mənim yox, Milli Onkologiya Mərkəzinin bütün kollektivinin xidmətidir. Hər bir müəssisənin uğuru onun kollektivinin iş ahəngindən asılıdır. Azərbaycanda onkologiya xidməti böyük və uğurlu inkişaf yolu keçib. Ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsində ciddi tədbirlər həyata keçirilir və bu iş planlı şəkildə davam edir. MOM mövcud olduğu illər ərzində özünün təşəkkül və inkişafında çox mərhələlərdən keçib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda Mərkəz ən müasir tibbi texnika ilə təchiz edilib və respublika əhalisinə ixtisaslaşdırılmış onkoloji yardımı həyata keçirən elmi-metodiki və profilaktik işlərin koordinasiyası ilə məşğul olan baş strukturdur. Burada aparılan müalicədən başlıca məqsəd xəstələrin ömrünün uzadılması, onların mümkün qədər tam sağalmasıdır. Həkim üçün ən yaxşı mükafat isə xəstələrin tam şəfa tapmasıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video