02 Fevral 2019 12:54
464
DÜNYA
A- A+

İran yeni raketini təqdim edib


İran İslam İnqilabının 40-cı ildönümü ilə əlaqədar fevralın 2-də Tehranda keçirilən milli aviasiya sərgisində yeni raket təqdim edilib.

AZƏRTAC xəbər verir ki, yeni "Cruis Seyir” raketi İranın milli istehsalıdır. Raketi təqdim edən müdafiə naziri general Əmir Hatemi bildirib ki, bu raket uzaq mənzillərdəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. Onun istehsalında ən yeni texnologiyalardan istifadə edilib.

General diqqətə çatdırıb ki, İran heç bir dövlətə hücum etmək niyyətində deyil. İran öz müdafiə qüvvəsini artırmaqla təhdidlərin qarşısını almağa çalışır. Lakin İrana qarşı hər hansı təcavüz planları aşkar edilərsə, rəsmi Tehran öz müdafiə qabiliyyətindən istifadə edərək təcavüzün qarşısını alacaq.
Qeyd edək ki, sərgidə İranın aviasiyaya aid 350 məhsulu nümayış etdirilir və bunların da əksəriyyəti hərbi sahəyə aiddir.
Sərgi 10 gün davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video