01 Fevral 2019 21:21
1267
CƏMİYYƏT
A- A+

Piyada gəzməyin faydası


Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır.

AZƏRTAC xarici tibbi saytlara istinadla xəbər verir ki, piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir.

Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.

Sağlamlıq üçün sürətli yerişə üstünlük vermək lazımdır. Günün hansı saatlarının seçilməsi də əhəmiyyətli məsələdir. Yaşıllıqlar arasında gəzmək oksigenin bol olduğu səhər saatlarında daha münasibdir, çünki ağaclarda fotosintez prosesi məhz həmin vaxt gedir. Dəniz kənarında gəzmək üçün axşam saatları daha ideal vaxtdır, çünki həmin vaxt dənizdən havaya yod ifraz olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video