Alternative content

16:26 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Yaqub Mahmudov “Gənclərin dostu” mükafatına layiq görülüb
Akademik Yaqub Mahmudov “Gənclərin dostu” mükafatına layiq görülüb
ANA SƏHİFƏ / Elm və texnika
17:06 01.02.2019

Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb.

Yaqub Mahmudov deyib ki, ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib.

Akademik Azərbaycan gəncliyinə səslənərək vurğulayıb ki, tariximizə sahib çıxmalıyıq, tarixinə sahib çıxan xalq yenilməzdir, tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov akademiyada çalışan gənclərin respublikanın elmi və ictimai-siyasi həyatındakı rolundan danışıb. O, Tarix İnstitutunun gənc əməkdaşlarının ötənilki fəaliyyətini yüksək qiymətləndirib.

Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa institutun məktəblilər arasında həyata keçirdiyi "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” və "Gənc tarixçilərin qış məktəbi” layihələri barədə məlumat verib. Bildirib ki, institutun gənc alimləri 2018-ci ildə 12 beynəlxalq elmi konfransda iştirak ediblər.

Tədbirdə Yaqub Mahmudov gənclərin alim kimi yetişməsində rolu və xidmətlərinə görə Tarix İnstitutunun "Gənclərin dostu” mükafatı ilə təltif olunub.

Qeyd edək ki, institut "Gənclərin dostu” mükafatını 2018-ci ildə təsis edib. Mükafatın ilk laureatı AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Sonda "Gənc tarixçilərin qış məktəbi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM