01 Fevral 2019 15:03
509
DÜNYA
A- A+

Antarktidada nəhəng mağara tapılıb


Antarktidada nəhəng mağara aşkar edilib. AZƏRTAC "hi-tech”ə istinadla xəbər verir ki, mağaranın yerində əvvəllər təqribən 14 milyard ton ağırlığında buzlaq olub. Həmin buzlaq son bir neçə ildə əriyib.

Son vaxtlar Antarktida buzlaqları qlobal istiləşməyə tab gətirə bilmir. Yer kürəsinin ən cənub qitəsinin ayrı-ayrı buzlaqları fəlakətli dinamika nümayiş etdirir. Məsələn, Antarktidanın qərb hissəsindəki Tueyts buzlağı ildə 2 kilometrdən çox sürətlə sürüşür.

Belə sürətli yerdəyişmənin səbəbini NASA mütəxəssisləri müəyyən ediblər. Onlar "Operation Icebridge” adlı proqram çərçivəsində Antarktida buzlaqlarının üçölçülü xəritəsini tərtib ediblər. Xüsusi radarlarla təchiz edilmiş təyyarələrin köməyi ilə buzlağı onun altındakı torpaq qatına qədər nəzərdən keçirmək olar. Məhz bu radarlardan əldə edilmiş məlumatlar Tueyts buzlağının altında böyük boşluğun olduğunu göstərib.

Bu boşluğun ölçüləri həqiqətən sanballıdır. Boşluğun içərisini 14 milyard ton buzla doldurmaq olar. Əvvəllər elə belə də olub, lakin buzlağın böyük hissəsi əriyib. Mağaranın dərinliyi təxminən 300 metrdir, sahəsi isə demək olar, Manhattan adası qədərdir.

Buzlağın altındakı boşluq onu əhatə edən havadan daha isti hava ilə doludur. Bu da əriməni sürətləndirir. Əgər buzlaq bütünlüklə sürüşüb dənizə düşsə, əsl fəlakətə gətirib çıxaracaq, çünki onda Tueyts buzlağının ekranladığı bir neçə buzlaq birdən əriməyə başlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video