01 Fevral 2019 14:55
385
DÜNYA
A- A+

ABŞ-da anomal şaxtalar nəticəsində 21 nəfər ölüb


ABŞ-ın orta şərq hissəsində anomal şaxtalar səbəbindən azı 21 nəfər həyatını itirib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bəzi insanlar küçələrdə və öz evlərində donaraq, digərləri isə buz bağlayan yollarda baş verən qəzalar və bədbəxt hadisələr nəticəsində ölüb.

İllinoys ştatının Rokford şəhərində havanın temperaturu rekord həddə - mənfi 34 dərəcəyə enib. Çikaqoda da meteoroloji müşahidələr tarixinin rekordu müəyyən edilib – mənfi 29 dərəcə. Viskonsin ştatının Medison şəhərində termometrlər mənfi 32 dərəcəni göstərir.

Çikaqoda ofislərin əksəriyyətində iş dayandırılıb, elektrik və su təchizatında, həmçinin nəqliyyatın hərəkətində problemlər yaranıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar mindən çox aviareys ləğv olunub.

Yanvarın 31-də siklon şərqə doğru hərəkətini davam etdirib. Qərbi Nyu-Yorka 50 santimetr qar yağıb.

Fevralın 3-də şaxtalardan əziyyət çəkən rayonlarda kəskin istiləşmənin baş verəcəyi, havanın temperaturunun 27 dərəcə yüksələcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video