warez script warez forum orkide shell indir sakarya escort mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

20:58 24 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin yaz sessiyası başladı
Milli Məclisin yaz sessiyası başladı
ANA SƏHİFƏ / PARLAMENT
14:48 01.02.2019


Oqtay ƏSƏDOV: "Prezident İlham Əliyevin siyasətinə hər zaman dəstək verən parlament yaz sessiyası dövründə də bu istiqamətdəki fəaliyyətini gücləndirəcək”


Dünən Milli Məclisin yaz sessiyası öz işinə başladı. Dövlət himni səsləndirildikdən sonra parlament Sədri Oqtay Əsədov bildirdi ki, Milli Məclisin qanunvericilik fəaliyyəti bu sessiyada da səmərəli olacaq. Parlamentin hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətə dəstək verdiyini söyləyən spiker Milli Məclisin yaz sessiyası dövründə də bu istiqamətdə fəaliyyətini daha da gücləndirəcəyini vurğuladı.

Oqtay Əsədov onu da əlavə etdi ki, sessiya müddətində Nazirlər Kabinetinin, insan hüquqları üzrə müvəkkilin hesabatları dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.


İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə çatdırıldı


İlk iclasın gündəliyinə müzakirə olunması üçün 38 məsələ daxil edilmişdi. Deputatlar ilk olaraq Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında sənədləri təsdiqlədilər.

İntizam komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.

Qanunverici orqanın Hesablayıcı komissiyasının tərkibi isə dəyişməyib. Komissiyanın sədri deputat Fəttah Heydərov, üzvləri isə Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyevadır.


Biz də Gürcüstanda heykəl ucaldacağıq


İclasda Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı ətrafında müzakirələr başlandı. Deputatlar çıxış edərək müxtəlif təkliflər səsləndirdilər.

Mətbuat Şurasının sədri, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov və həmkarı Fazil Mustafa çıxış edərək Azərbaycan torpaqlarının işğalında iştirak etmiş cinayətkar erməni terrorçu Mixail Avakyana Gürcüstanda abidə ucaldılmasına ciddi etirazlarını bildirdilər. Qeyd edildi ki, Azərbaycanla Gürcüstanın yüksək qonşuluq əlaqələri olsa da, buna qarşı hələ də fəaliyyət göstərən qüvvələr var.

Fazil Mustafa isə təklif etdi ki, Gürcüstanda Əhməd bəy Ağaoğluna heykəl ucaldılsın: "Bu il Ağaoğlunun 150 illik yubileyi tamam olur. Hesab edirəm ki, bu heykəl Gürcüstanda azərbaycanlılar yaşayan bölgədə ucaldılmalıdır. Bu, elə bizim Gürcüstandakı indiki situasiyaya, yəni erməni terrorçusuna qarşı heykəl ucaldılması məsələsinə ən böyük etirazımız olardı. Bu məsələdə ümumi sözlərlə kifayətlənmək olmaz”.

Milli Məclisin Sədri Oqtay Əsədov isə dedi ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib. Azərbaycanın Gürcüstandakı səfiri Gürcüstanın Xarici İşlər Nazirliyində olub və bu məsələlər üzrə iş gedir: "Güman edirəm ki, Gürcüstan hökuməti bu məsələyə diqqət yetirərək Azərbaycanın mövqeyini nəzərə alacaq və məsələ həllini tapacaq”.

Spiker bildirdi ki, həmin abidəni erməni hökuməti deyil, orada yaşayanlar qoyub: "Gürcüstanın Marneuli rayonunda da azərbaycanlılar heykəl ucaldacaqlar”.

Deputatlardan Vahid Əhmədov, Fərəc Quliyev, Əli Məsimli, Sahib Alıyev, Zahid Oruc, Elmira Axundova, Jalə Əliyeva, Fəzail Ağamalı, Azay Quliyev, İqbal Məmmədov çıxış edərək müxtəlif təkliflər səsləndirdilər.


"Siyasi partiyalar haqqında” qanun yenidən hazırlansın


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə "Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsini vacib bildi. Komitə sədri hesab edir ki, hətta bununla bağlı yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var. Həmçinin dünyada olduğu kimi, Azərbaycanda da siyasi partiyaların maliyyə mənbəyi ilə bağlı qərar qəbul olunmalıdır: "Bir qrup partiya Mərkəzi Seçki Komissiyasına hesabat verməyərək bu prosesdən yayınır. Onlar bununla maliyyə dövriyyəsinin olmadığını bildirirlər. Lakin əksəriyyəti yanlarında cangüdən, köməkçi gəzdirirlər. Bu azmış kimi, qara pullar hesabına Azərbaycanda mitinq, yürüş, qarşıdurma yaratmağa cəhd edirlər. Maliyyə mənbəyinin qarşısı bağlanmasa, onlar əməllərindən əl çəkməyəcəklər. Çünki pul verənlər tapşırıqlarını həmin şəxslər vasitəsilə həyata keçirirlər”.


Asayişi pozmağa cəhd göstərənlər üçün xalq, vətən anlayışı yoxdur


Komitə sədri dedi ki, Azərbaycanda asayişi pozmağa cəhd göstərənlər üçün xalq, vətən anlayışı yoxdur: "Onlar üçün yalnız maddiyyat anlayışı var. Xaricdə oturub ermənidən pul alanların məqsədləri daxildə qarşıdurma yaratmaq istəyənlərlə eynidir. Hesab edirəm ki, hər birimiz onlara qarşı mübarizə aparmalıyıq. Bəzən həmin şəxslər Milli Məclis haqqında mənfi fikirlər söyləyirlər. Amma nədənsə deputatlarımız yaxasını kənara çəkirlər. Hər kəs bilməlidir ki, deyilən sözlər bütün deputatlara şamil olunur. Əgər onlar birini deyirsə, biz onlara qarşı 20 dəfə daha artıq söz deməliyik”.

Siyavuş Novruzovun sözlərinə görə, xaricdən Azərbaycana qarşı yönəldilən şəxslər nəyisə dəyişmək qabiliyyətində deyillər: "Onlar yalnız söyüş söyməyi bacarırlar. Əgər belədirsə, biz də onlara cavab verməliyik. Hətta söyüşü də başqalarının adlarından yazır, mənəvi terror həyata keçirməyə cəhd edirlər. Təbii ki, bu, onların özlərinin deyil, xaricdəki qüvvələrin məhsuludur. Bu adamlar anlamırlar ki, biz illərdir siyasətlə məşğuluq və onların taktikasını, mexanizmini yaxşı bilirik. Bu yolla bizi fəaliyyətimizdən döndərmək mümkün deyil. Ölkə iqtisadiyyatı inkişaf etdikcə bizi sevməyən qüvvələrin halı daha da pisləşir. Mən inanmıram ki, dövlət nümayəndəsi və strukturlarından həmin şəxslərə hər hansı informasiya ötürülür. Bu cür informasiyalar yaymaqla onlar qarşıdurma yaratmağa çalışırlar. Prezident İlham Əliyevin komandası birdir və Milli Məclis də hər zaman bu siyasətə dəstək verir. Bizi bu yoldan heç kim döndərə bilməz”.

Deputat Zahid Oruc da müxalifətin son mitinqindən və şəhidlərin ruhuna edilən hörmətsizlikdən söz açaraq dedi ki, Şəhidlər xiyabanını aksiya məkanına çevirmək olmaz. Çünki Şəhidlər xiyabanı millətin qürur, and və sükut yeridir: "Həmin məkanı heç bir halda aksiya məkanına çevirmək olmaz. Kimlərsə də bu müqəddəs məkanı aksiya yerinə çevirmək istəyirlərsə, çox böyük səhv edirlər. Onlara ən böyük cəzanı elə şəhidlərin ruhu verəcək”.


Qanunun tətbiqində boşluqlar mövcuddur


Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də müzakirə olunan məsələyə toxunaraq dedi ki, internet resurslarında təhqirlərlə bağlı 2016-cı ildə Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə edilib. Bu maddəyə görə cərimə və azadlıqdan məhrumetmə cəzası da var. Ancaq qanunun tətbiqində boşluqlar mövcuddur: "Radikal müxalifətin mitinq keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadəni, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ictimai-siyasi sabitliyi pozmaqdır. 2008-ci ildə "Sərbəst toplaşmaq haqqında” qanuna bununla bağlı dəyişiklik edilib və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir. Hüquq mühafizə orqanları asayişi pozmaq istəyənlərin qarşısını alır. Bundan başqa, 2016-cı ilin payız sessiyasında Cinayət Məcəlləsinin 148-1 maddəsinə edilən dəyişikliklərə əsasən, internetdə saxta profillərdən istifadə edənlər üçün cəza tədbirləri müəyyənləşib. Hətta burada saxta profil istifadəçilərinə qarşı azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulub. Lakin təcrübə göstərir ki, edilən dəyişikliklərin tətbiqi ilə bağlı müəyyən boşluqlar var”.


İnsan sosial şəbəkələri oxuyanda xəcalət çəkir


Komitə sədri ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşünün xalqımız tərəfindən yüksək qarşılandığını da söylədi. Ancaq dağıdıcı müxalifət internetdə şəhid ailələrini təhqir edir, dövlət başçısı ilə görüşmələrinə görə onları qınayır: "Xalqımız bilməlidir ki, həmin şəxslər hakimiyyətə müxalif deyillər, onlar xalqa, Azərbaycan dövlətinə nifrətlə yanaşırlar. Əgər zamanında heç olmasa öz yaşadıqları ərazini qoruya bilsəydilər, bu qədər şəhid verməzdik. Naxçıvan blokadada olsa da, ulu öndər Heydər Əliyev oranı qorudu. Lakin bu insanlar heç öz kəndlərini belə qoruya bilmədilər.

Azərbaycanda bu qədər şəhid olmasının günahı 1992-ci ildə hakimiyyətdə olanlardır. Hesab edirəm ki, sosial şəbəkələrdə yayılan təhqirlə bağlı qanunvericilikdə heç bir problem yoxdur, sadəcə onun tətbiqi ilə bağlı işlər görmək lazımdır”.

Milli Məclisin Sədri Oqtay Əsədov isə vurğuladı ki, sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır: "İnsan sosial şəbəkələri oxuyanda xəcalət çəkir. Milli Məclisin, dövlət rəhbərliyinin ünvanına ağızlarına gələni yazırlar. Təhqirə yol verənlərin qarşısının alınmasını fikirləşməliyik. İnsanlar bilməlidirlər ki, mentalitet təhqirə yol vermir. Artıq hər şeydən keçiblər”.

Müzakirələrdən sonra Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqləndi.


İki deputat komitə sədrinin müavini seçildi


İclasda Milli Məclis komitələrinin sədr müavinlərinin seçilməsi haqqında məsələ də müzakirəyə çıxarılaraq qəbul edildi.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Məlahət İbrahimqızının, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə Şahin İsmayılovun namizədliyi irəli sürülmüşdü. Deputatlar təklifə müsbət münasibət bildirdilər.

Milli Məclis "Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında” sazişin təsdiq edilməsi barədə və "Türk Akademiyasının maliyyə qaydaları haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihələrini təsdiqlədi.

Həmçinin "Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihələrinə texniki düzəlişlər səsverməyə çıxarılaraq qəbul edildi.

Deputatlar "Büdcə sistemi haqqında”, "Dövlət borcu haqqında”, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə də müsbət münasibət bildirdilər.


Sürücülük vəsiqəsi yenilənir, amma dəyişmək məcburi olmayacaq


Günün ikinci yarısında öz işini davam etdirən Milli Məclisdə öncə "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarıldı.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişikliyə əsasən vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq olunmuş etibarnaməsi əsasında təyin edilmiş şəxsin də fərdi identifikasiya kartının alınması üçün müraciət hüququ təmin olunacaq. Hər iki sənəd səsverməyə çıxarılaraq qəbul edildi. Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə də dəyişikliklər təsdiqləndi.

Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, qanun layihəsi "gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnaməsi”nin əsas gəmi sənədləri siyahısından çıxarılmasını və bununla bağlı dəyişiklikləri nəzərdə tutur. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

Həmçinin iclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, "Qiymətli kağızlar bazarı haqqında”, "Patent haqqında”, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və "İxrac nəzarəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də təsdiqləndi.

İnzibati Xətalar Məcəlləsində və "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, bu sənəd Azərbaycanda verilən sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amili aradan qaldıracaq. Sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.

Ancaq ölkədə bütün sürücülük vəsiqəsinin dəyişdirilməsinə ehtiyac olmayacaq. Dəyişiklik yalnız xarici ölkələrə mütəmadi olaraq avtomobillə yük daşıyan, səfər edən sürücülərə aiddir. Bu kateqoriyaya aid şəxslər sürücülük vəsiqələrini dəyişdirməlidirlər. Layihə səsverməyə çıxarılaraq qəbul olundu.


Açıq məkanda reklam qurğuları ilə bağlı şərtlər dəyişir


Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə təklif olunan dəyişikliklər açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə təklif olunur. Belə ki, reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadratmetrdən az olduqda, tikintiyə icazə sənədinin alınmasına ehtiyac olmayacaq. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

"Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə haqqında (birinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, dəyişikliyə əsasən bundan sonra bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəfində yerləşdirilən reklamlar da açıq məkanda reklam hesab olunacaq. Obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün 2 kvadratmetrdən 1 kvadratmetrədək azaldılması nəzərdə tutulur.


KİV haqqında sənədə ciddi əlavələr edilməlidir


"Kitabxana işi haqqında” (birinci oxunuş), "Kütləvi informasiya vasitələri haqqında” və "Nəşriyyat işi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin müzakirəsi zamanı çıxış edən deputatlardan Aqil Abbas, Elmira Axundova ölkədə kitabxanaların sayının artırılmasının vacibliyini bildirdilər.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə dedi ki, KİV haqqında sənədə daha geniş formatda baxılmalıdır. Komitə sədrinin fikrincə, KİV haqqında qanuna yeniliklər edilməlidir: "Hazırda çap mətbuatı ilə bağlı yeniliklər həyata keçirilir. Ancaq bəzi KİV-lər etik qaydaları ötüb keçib. Ona görə də bu sənədə qanunvericilik sərtləşdirilməlidir. Mətbuat Şurası yeni format müəyyənləşdirməlidir. Artıq insanlar çox kəskin şəkildə təhqir edilirlər. Bunun qarşısı mütləq alınmalıdır. Ulu öndər Heydər Əliyev senzuranı, qəzetlərin borclarını ləğv etdi. Prezident İlham Əliyev bu gün jurnalistlərə mənzil bağışlayır. Artıq mətbuat nümayəndələri üçün 3-cü bina tikilir. Bu dövlət hər zaman mətbuata yardımlar edib. Qəzetlər hər il yardım alırlar. Ancaq yenə də bu sahədə xoş olmayan vəziyyət var. Ona görə də bununla bağlı tədbir görülməlidir”.

Spiker Oqtay Əsədov isə dedi ki, bu məsələ Mətbuat Şurası ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə səyi nəticəsində öz həllini tapmalıdır.

İclasda həmçinin "Milli arxiv fondu haqqında”, Əmək Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr də təsdiqləndi.

Deputatlar həmçinin "Sosial sığorta haqqında”, "Ünvanlı dövlət sosial yardımı haqqında”, "Sosial müavinətlər haqqında” və "Əmək pensiyaları haqqında” qanunlarda texniki dəyişikliklərə müsbət münasibət bildirdilər.

Milli Məclis həmçinin "İşsizlikdən sığorta haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında”, "Məşğulluq haqqında”, "Dövlət rüsumu haqqında” (birinci oxunuş), "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” (birinci oxunuş), "Patent haqqında” (birinci oxunuş) qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təsdiqlədi. Bununla da yaz sessiyasının ilk iclası başa çatdı.

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM