01 Fevral 2019 11:33
886
Səhiyyə
A- A+

Baş epidemioloq: Ölkəmizdə qrip virusunun yayılmasını təsdiq edən faktlar yoxdur


Azərbaycanda qrip virusunun yayılmasını təsdiq edən faktlar yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu fevralın 1-də BMT-nin Bakı ofisində qrip barədə yayılan məlumatlarla əlaqədar keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Mətbuat konfransında ölkəmizdə donuz qripi yayılması barədə bəzi kütləvi informasiya vasitələrinin doğru olmayan məlumatlar yaydığı qeyd edilib. Dünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəsi Hande Harmançı sonuncu dəfə H1N1 virusunun Azərbaycanda 2009-cu ildə yayıldığını bildirib. "Hazırda isə Azərbaycanda belə bir virusun yayılması təsdiq edilmir”, - deyə vurğulayıb.

Nazirliyin baş epidemioloqu bildirib ki, bəzən digər infeksiyalara yoluxan xəstələr də yanlış olaraq donuz qripinə yoluxan kimi qəbul edilir. Lakin pandemiya ilə epidemiyanı qarışdırmaq lazım deyil. Tək-tək hallarda H1N1 virusunun olması heç də onun geniş yayılması anlamına gəlmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video