01 Fevral 2019 00:45
362
İQTİSADİYYAT
A- A+

Ən ucqar ərazilərə də yeni yollar çəkilir


Sözün bütün mənalarında yollarımızda bir canlanma var. Hər şəhərdə, qəsəbədə, kənddə yeni yollar çəkilir, təmir olunur, təzədən qurulur. Bu işlərdən Zaqatala və Balakən rayonları da kənarda qalmayıb.

Son 2 ildə Prezident İlham Əliyev Zaqatala rayonuna aid yollarla bağlı iki sərəncam imzalayıb. Birinci layihə Əliabad-Mosul-Kəpənəkçi-Muğanlı-Faldarlı- Qandax-Yengiyan dairəvi yolu ilə bağlıdır. 37,5 kilometrlik yolun çəkilişinə 2017-ci ildə başlanıb. 14 saylı "Yol İstismarı” MMC-nin baş mühəndisi Məmməd İbrahimxəlilov deyir ki, artıq yolun əsas hissəsində zəruri işlər görülüb və hazırda asfaltlaşdırma prosesi gedir. Layihə çərçivəsində 3 körpü tikilib, 51 suötürücü qoyulub.

2018-ci ilin yanvarında imzalanan sərəncamla isə Zaqatala-Aşağı Tala-III Tala-Dağlıq-Muğanlı kəndlərini birləşdirən 42 kilometrlik yolun yenidən qurulmasına start verilib. Bu istiqamətdə də əsas işlər görülüb. Təxminən 40 kilometrdən çox hissədə yolun alt qat betonu qoyulub və hazırda üst qat beton yolun çəkilişi aparılır.

Qeyd olunan layihələr ümumilikdə 17 kəndi əhatə edir. Rayon ərazisində yerli əhəmiyyətli yollarla yanaşı, respublika əhəmiyyətli yolların abadlaşdırılmasına da xüsusi diqqət göstərilir. Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 40 kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı 2017-ci ildə dövlət başçısı sərəncam imzalamışdır. Hazırda işlər yekun mərhələsindədir. Yolun 15 kilometri Zaqatala, 25 kilometri Balakən rayonu ərazisinə düşür. Aparılan yenidənqurmadan sonra yol 3-cü dərəcədən 2-ci dərəcəliyə keçib.

15 saylı "Yol İstismarı” MMC-nin baş mühəndisi Nizami Sarıyev bildirdi ki, Balakəndə 31 kilometr ölkə və 242 kilometr yerli əhəmiyyətli yollar var. Yerli əhəmiyyətli yolların əksər hissəsi çınqıl və qum örtüklüdür. Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Balakən ərazisinə düşən hissəsində isə nəzərdə tutulan işlər əsasən yekunlaşıb: "Balakən-Qazbinə-İtitala yolunda da təmir işləri aparılır. Orada asfalt əsasən dağılaraq sıradan çıxmışdı”.

Balakən-Hənifə-Gülzanbinə yolu isə 25 kilometr olmaqla Kənd İnvestisiya Layihəsi çərçivəsində icra olunur. Bu, həmin təşkilatın dəstəyi ilə icra edilən ikinci layihədir. Həmin kəndlər Balakənin ən ucqar ərazisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video