Alternative content

10:12 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gömrük Komitəsinin Elektron Tədris Platforması təqdim olunub
Gömrük Komitəsinin Elektron Tədris Platforması təqdim olunub
ANA SƏHİFƏ / Elm və texnika
21:08 31.01.2019


Dövlət Gömrük Komitəsinin (DGK) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dəstəyi ilə hazırladığı Elektron Tədris Platformasının təqdimatı keçirilib.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindənAZƏRTAC-a bildirilib ki, DGK-nın sədri Səfər Mehdiyev Azərbaycan gömrüyünün hər zaman elmi nailiyyətlərin gömrük işinin təşkili sahəsində tətbiqinə xüsusi önəm verdiyini və Elektron Tədris Platformasının da bu sahədə növbəti addımlardan biri olduğunu deyib. Vurğulayıb ki, bu layihə gömrük sahəsində çalışanların bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasına şərait yaradacaq.

Azərbaycan gömrüyünün ÜGT-nin innovativ layihələrinə, komitə və alt komitələrinin qərar və tövsiyələrinə xüsusi önəm verdiyini diqqətə çatdıran S.Mehdiyev qarşılıqlı əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

Son dövrlər Azərbaycan gömrüyündə tətbiq edilən yenilikləri, inkişaf proqramlarını diqqətlə izlədiklərini bildirən ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktor müavini Brenda Mundiya əldə edilən uğurlu nailiyyətlərin ÜGT baş katibi Kunio Mikuriya tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. ÜGT təmsilçisi yeni layihənin gömrük əməkdaşlarının potensialının gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra Elektron Tədris Platforması ilə bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib.

Təhsildə yeni metod və yanaşmaları ehtiva edən Elektron Tədris Platforması bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, analiz edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bir sistemdir. Yeni layihə ilk mərhələdə Dövlət Gömrük Komitəsinin Akademiyasında tətbiq ediləcək, daha sonra gömrük əməkdaşları da sistemdən faydalanacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM