Alternative content

06:19 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
17:48 13.11.2019 İndoneziyada partlayış
17:48 13.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər alkoqolun genetikaya təsirindən danışıblar
Alimlər alkoqolun genetikaya təsirindən danışıblar
ANA SƏHİFƏ / Elm və texnika
21:08 31.01.2019


ABŞ-ın Ratger və Yel universitetlərindən olan alimlər həddən artıq spirtli içki qəbulunun uzunmüddətli genetik dəyişikliklər əmələ gətirəcəyini, nəticədə alkoqola böyük meyilliliyin yaranacağını izah ediblər.

AZƏRTAC"hi-tech”ə istinadla xəbər verir ki, müvafiq tədqiqat "Alcoholism: Clinical & Experimental Research” jurnalında dərc edilib.

Tədqiqatçılar diqqəti insanların davranışını tənzimləyən iki gen - PER2 və POMC üzərində cəmləşdiriblər. Bunlardan birincisi orqanizmin bioloji saatını, ikincisi isə stressə reaksiya verən sistemi tənzimləyir. Həkimlər, həmçinin üç insan qrupunu müqayisə ediblər: birinci qrupda alkoqolu az miqdarda, ikinci qrupda alkoqolu əhəmiyyətli dərəcədə qəbul edənlər, üçüncü qrupdakılar isə içki düşkünləri olub.

Eksperiment nəticəsində məlum olub ki, son iki halda genlərin metilləşmə adlanan modifikasiyası baş verib. Sərxoşluq və alkoqol da genlərin ekspressiyası prosesinə (genetik məlumatın DNT-dən ribonukleinli turşular vasitəsilə polipepdid və zülallara ötürülməsi) təsirini göstərir. Bundan başqa, alimlər sınaqların gedişində belə bir nəticəyə gəliblər ki, genetik dəyişikliklər böyük alkoqol meyilliliyinə aparır.

"Biz daha çox alkoqol qəbul edən insanların DNT-lərində dəyişikliklərin baş verə biləcəyini aşkarladıq. Bunlar daha çox spirtli içki qəbul etmək istəyini əmələ gətirir. Bu tədqiqat bizə alkoqolun niyə belə ciddi asılılıq yaratmasını izah etməyə, həmçinin alkoqolizmin müalicəsinin yeni üsullarını işləyib hazırlamağa kömək edəcək”, - deyə tədqiqatın müəlliflərindən biri professor Dipak K.Sarkar bildirib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM