31 Yanvar 2019 00:52
958
Qanunlar
A- A+

“İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lotereyalar haqqında”, “İpoteka haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 13-cü, 15-ci, 26-cı və 27-ci bəndlərini rəhbər tutaraq, "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261; 2016, № 3, maddə 412, № 4, maddə 642, № 12, maddə 2002; 2017, № 11, maddə 1952, № 12, I kitab, maddə 2225; 2018, № 7, I kitab, maddə 1394) aşağıdakı məzmunda 2.3-1-ci maddə əlavə edilsin:

"2.3-1. Ələt azad iqtisadi zonasında investisiya fondları sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 2. "Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12, I kitab, maddə 2222; 2018, № 5, maddə 893, № 7, I kitab, maddə 1395) aşağıdakı məzmunda 2.3-cü maddə əlavə edilsin:

"2.3. Ələt azad iqtisadi zonasında qiymətli kağızlar bazarı sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 3. "Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 309; 2009, № 7, maddə 517; 2016, № 3, maddə 422; 2017, № 2, maddə 144; 2018, № 2, maddə 154; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1299-VQD nömrəli Qanunu) 1-ci maddəsinin mətni 1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:

"1.2. Ələt azad iqtisadi zonasında lotereyalar sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 4. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 461; 2007, № 5, maddə 436, № 11, maddə 1053; 2008, № 5, maddə 348; 2009, № 12, maddə 948; 2011, № 7, maddə 591; 2017, № 10, maddə 1773; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli Qanunu) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

"2.2. Ələt azad iqtisadi zonasında ipoteka sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 5. "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12, I kitab, maddə 2221; 2018, № 7, I kitab, maddə 1392) aşağıdakı məzmunda 2.4-cü maddə əlavə edilsin:

"2.4. Ələt azad iqtisadi zonasında sığorta sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 6. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 399; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692, № 10, maddə 872; 2006, № 12, maddə 1007; 2008, № 6, maddə 462, № 11, maddə 960; 2011, № 2, maddə 71; 2013, № 12, maddə 1491; 2015, № 2, maddə 73; 2016, № 3, maddə 415; 2017, № 5, maddə 686) 1-ci maddəsinin mətni 1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:

"1.2. Ələt azad iqtisadi zonasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video