30 Yanvar 2019 22:00
998
Elm və texnika
A- A+

Azərbaycanlı alim Toğrul Bağırov enerji diplomatiyası sahəsində görkəmli mütəxəssis idi


Bakı Nobel İrsi Fondunun sədri, Moskva beynəlxalq neft klubunun icraçı vitse‑prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İşgüzar Şurasının daimi üzvü, siyasi elmlər doktoru, professor Toğrul Bağırov 65 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, Toğrul Bağırov 1954-cü ildə Bakıda anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra keçmiş SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dakı səfirliyində, BMT-nin Cenevrə nümayəndəliyində işləyib. Daha sonra intellektual biznes sahəsinə keçib, beynəlxalq konsaltinq şirkətinə başçılıq edib. 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, "Qazprom”, "LUKoil”, "Transneft”, "Tatneft”in və digər enerji şirkətlərinin məsləhətçisi vəzifələrində çalışıb.

Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü olan T.Bağırov "Moskva neft klubu” fondunun icraçı vitse-prezidenti, Amerika-Rusiya İşgüzar Şurasının daimi üzvü idi. Azərbaycanda Nobel qardaşları irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə İsveç Kralı XVI Karl Qustav görkəmli alimi birinci dərəcəli "Qütb Ulduzu" ordeni ilə təltif edib. Həmçinin T.Bağırov Fransanın "Fəxri legion" ordeni, Rusiyanın ikinci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə” medalı ilə də mükafatlandırılıb.

"1990-cı illərdə Rusiya-Amerika münasibətləri kontekstində Rusiyanın neft-qaz sektorunda islahatların beynəlxalq əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edən alim "Mejdunarodnaya jizn”, "Amerika”, "Neft Rossii” jurnallarının daimi müəlliflərindən biri, "Böyük səkkizlik” ölkələrinin energetika nazirlərinin birinci görüşü barədə külliyyatın 1988-ci il nəşri üzrə proqram komitəsinin əlaqələndiricisi olub. O, Rusiya Dövlət Duması və ABŞ Konqresi arasında dialoqa dəstək ictimai qrupunun üzvü, energetika üzrə Duma-Konqres böyük qrupunun yaradılmasının təşəbbüskarı idi. Alimin dərc olunmuş elmi işləri arasında "Rusiya və OPEC ölkələri - əməkdaşlığın perspektivləri”, "Rusiyanın xarici siyasətində neft və qaz”, "1990-cı illərdə Rusiyanın neft-qaz sektorunda iqtisadi dəyişikliklərin beynəlxalq əhəmiyyəti” mövzusunda monoqrafiyaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Ölkələr arasında enerji əməkdaşlığının qurulması və inkişaf etdirilməsində Toğrul Bağırov söz və nüfuz sahiblərindən biri idi. Onun maraqlar balansına hədəflənmiş bu missiyası ilə siyasətçilər də, iş adamları da razılaşır, təşəbbüs və təkliflərini qəbul edir, ondan həmişə məsləhətlər alırdılar. Ötən əsrin 90-cı illərinin ortalarında "Əsrin müqaviləsi” razılaşdırılarkən T.Bağırovun Azərbaycan ilə Rusiya arasında mühüm vasitəçilik xidmətləri olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video