30 Yanvar 2019 18:23
331
DÜNYA
A- A+

Avropa ABŞ-ın İrana qarşı sanksiyalarından yan keçmək üsulu tapdı


Avropa ölkələrinin İranla ticarət etməsi üçün ölkələr arasında pul köçürmələrinə nəzarət edən komissiya yaradılacaq. Bu barədə "Wall Street Journal” qəzeti xəbər verir.

Məlumata görə, artıq bu həftə Fransa, Böyük Britaniya və Almaniya ABŞ-ın İrana qarşı sanksiyalarından yan keçmək üçün xüsusi maliyyə mexanizmi hazırlaya bilər. Şirkət Fransada qeydiyyata alınacaq. Ona almaniyalı məmur başçılıq edəcək. Şirkətdə payları Paris, London və Berlin alacaq. Avropa İttifaqı artıq bu ideyanı dəstəkləmişdir.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaları ötən ilin noyabrında qüvvəyə minmişdir. Məhdudiyyətlər əsasən neft ixracına aiddir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video