Alternative content

17:07 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İkinci Avropa Oyunları ilə əlaqədar Minskdə bir neçə əlavə idman zalı istifadəyə veriləcək
İkinci Avropa Oyunları ilə əlaqədar Minskdə bir neçə əlavə idman zalı istifadəyə veriləcək
ANA SƏHİFƏ / İDMAN
14:55 30.01.2019

Minsk Şəhər İcraiyyə Komitəsinin idman və turizm şöbəsinin fiqurlu konkisürmə üzrə Olimpiya Ehtiyatları İxtisaslaşmış Uşaq-Gənclər İdman Məktəbinin əsas meydançasına əlavə olaraq bir neçə yeni oyun və idman zalı quraşdırılacaq.

AZƏRTAC ikinci Avropa Oyunlarının rəsmi saytına istinadla xəbər verir ki, yeni istifadəyə veriləcək obyektlərdə "Minsk 2019”un rəsmi iştirakçılarına iaşə xidmətinin göstəriləcəyi müvəqqəti pavilyonlar qurulacaq.

Ümumilikdə, əsas arenada mətbəx avadanlığının yerləşdirilməsi, kommunikasiya xətləri, eləcə də idmançılar üçün qidanın hazırlanması təmin olunacaq. Əlavə edilmiş pavilyonda isə 2 min oturacağı olan yeməkxana və ərzaq məhsullarının saxlanılması üçün soyuducular yerləşdiriləcək. İkinci Avropa Oyunlarından sonra pavilyon fiqurlu konkisürmə üzrə məktəbin balansına veriləcək.

Pavilyon və ümumilikdə, yarışlar üçün inşa edilən idman obyektləri ikinci Avropa Oyunlarının zəngin irsi kimi gələcək nəsillərin sağlamlığına, bədən tərbiyəsi və idmanın inkişafına xidmət edəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM