30 Yanvar 2019 14:53
3526
Turizm
A- A+

Xarici turistlər Azərbaycanda alman irsinə göstərilən tolerant münasibətdən məmnun qalıblar


"Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) ilə birgə həyata keçirdiyi "İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində "Alman irsi” üzrə beynəlxalq tur təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq turun təşkil edilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrinin nümayəndələrini Gəncə-Qazax zonasının turizm imkanları ilə tanış etmək və regiona turist axınının başlanmasına dəstək verməkdir.

Beynəlxalq turda ABŞ, Almaniya, Rusiya və Gürcüstan vətəndaşları iştirak ediblər. Beynəlxalq turun iştirakçıları Şəmkir və Göygöldə alman irsi və tariximiz ilə tanış olublar. Turistlər hər iki şəhərdə tarix-diyarşünaslıq muzeylərinə baş çəkib, vaxtilə almanların saldıqları küçələri gəzib, Lüteran kilsələrində olub, alman evlərinin arxitekturasına baxıblar.

Göygöldə əcnəbi turistlər sonuncu alman Viktor Klaynın evində olub, orda qorunub saxlanılan qədim əşyalara baxıblar. Turistlərə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri barədə də ətraflı məlumat verilib. Xarici turistlər alman irsinə olan tolerant münasibətdən məmnunluqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video