Alternative content

19:21 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 15 ilin uğur hesabatı
15 ilin uğur hesabatı
ANA SƏHİFƏ / SİYASƏT
02:17 30.01.2019


Prezidentin dünənki müşavirəsi regionların sosial-iqtisadi inkişafının üçüncü dövrünün yekununa həsr olunsa da, əslində tədbirdə son 15 ilin uğur salnaməsinin növbəti təqdimatı keçirildi. Ötən 15 ilin əsas nailiyyət təzahürü ölkə iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişafıdırsa, bu silsilədə ən mühüm göstərici, şübhəsiz ki, tarixin ən qüdrətli Azərbaycanını yaratmaqdır. Bu tarixi yüksəlişin müəllifi Prezident

İlham Əliyevin qeyd etdiyi kimi, əldə olunan qələbələr növbəti hədəflərə çatmaq üçün etibarlı bünövrədir.


Milli yüksəliş salnaməsi


Dünən 2014-2018-ci illəri əhatə edən regional inkişaf dövlət proqramının başa çatması rəsmən elan olundu. Və elə dünən Prezident İlham Əliyev 2019-2023-cü illər üçün bölgələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan yeni dövlət proqramını təsdiq etdi.

Xatırladaq ki, əvvəlki üç sənəd Azərbaycanın yalnız bölgələrinin deyil, bütünlüklə ölkənin sosial-iqtisadi inkişafının lokomotivi olmuş, real nəticələrlə başa çatmışdır.

Son 15 ildə Azərbaycanda

* ümumi daxili məhsul 3,3 dəfə;

* qeyri-neft sektoru 2,8 dəfə;

* sənaye potensialı 2,6 dəfə;

* valyuta ehtiyatları 24 dəfə (artıq 45 milyard dollar təşkil edir);

* kənd təsərrüfatı istehsalı 1,7 dəfə artıb.

Eyni zamanda, son 15 ildə

* 250 milyard dollar sərmayə qoyulub;

* Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib;

* "Cənub qaz dəhlizi” inşa olunub;

* Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilib;

* Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissəsində mühüm layihələr həyata keçirilib;

* Azərbaycanın sərmayəsi ilə Türkiyədə "Star” zavodu inşa olunub;

* 15 min kilometr avtomobil yolu tikilib;

* 31 yeni elektrik stansiyası inşa olunub, 2500 meqavatlıq yeni güc yaradılıb;

* dörd böyük su anbarı tikilib;

* ölkə üzrə təbii qazla təminat 95 faizə çatdırılıb;

* sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb;

* 100 mindən çox müəssisə yaradılıb;

* 17 aqropark fəaliyyətə başlayıb;

* 15 "ASAN xidmət” mərkəzi yaradılıb (bu ilin sonuna qədər onların sayı 20-yə çatacaq);

* orbitə 3 peykimiz çıxarılıb.

Təbii ki, iqtisadi inkişaf sosial sahəyə birbaşa təsirini göstərib. Belə ki, 15 ildə

* 2 milyon iş yeri açılıb;

* maaşlar 7, pensiyalar 9 dəfə artıb;

* işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,1 faizə enib;

* 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib;

* 640 tibb müəssisəsi tikilib və yenidən qurulub;

* 44 olimpiya mərkəzi yaradılıb.

"Bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək”, - dövlət başçısının dünən yekun niqtində qeyd etdiyi kimi, regionların sosial-iqtisadi inkişafına dair hər üç dövlət proqramı artıqlaması ilə yerinə yetirildi. Beləliklə, III dövlət proqramı da daxil olmaqla əldə olunan uğurlar ötən 15 ilin uğur hesabatıdır, milli yüksəliş salnaməsidir.


Azərbaycan daha güclü dövlətə çevriləcək


Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri və bu səfərlərin nəticəsi olaraq imzaladığı sərəncamlar dövlət proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verdi.

Beləliklə, ötən 15 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub.

Azərbaycan dövlətinin məqsədi isə son illərdə qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir. Bu barədə dünənki konfransda danışan Prezident İlham Əliyev perspektiv prioritetləri də elan etdi. Qarşıdakı dövrdə sosial-iqtisadi inkişafın əsas göstəriciləri olan infrastruktur məsələləri, sabibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı istehsalının stimullaşdırılması, aqroparkların və sənaye parklarının salınması, ölkəyə turist axınının artması diqqət mərkəzində saxlanılacaq, sosial proqramlar davam etdiriləcək. Təbii ki, qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq.

Prezident İlham Əliyevin dünən təsdiq etdiyi növbəti dövlət proqramında qarşıya qoyulan vəzifələr də məhz bu məqsədlərin reallaşmasına xidmət edir. Bununla bağlı fərmanda qeyd edildiyi kimi, məqsəd ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.

Nəticə etibarilə bütün bunlar Azərbaycanın hər baxımdan daha güclü dövlətə çevrilməsini, regional və beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini, xalqımızın daha yüksək sosial rifah şəraitində yaşamasını təmin edəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bunu da bacaracaq!…

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM