29 Yanvar 2019 15:30
371
DÜNYA
A- A+

Ermənistanda Paşinyanın əleyhdarları fəallaşıb


Yanvarın 29-da Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarı olan qüvvələr – keçmişdə iqtidarda olan Ermənistan Respublikaçılar Partiyasının və "Daşnaksütyun” partiyasının nümayəndələri yeni hökumətin siyasətinə etiraz əlaməti olaraq mətbuat konfransları keçiriblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov Paşinyanın xarici və daxili siyasətini kəskin tənqid edib. Onun sözlərinə görə, baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə deyil, Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə istinad edir. "Təsadüfi deyil ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son aylar verdiyi bəyanatlarda xalqların öz müqəddəratını təyinetmə hüququna dair prinsiplər barədə bir söz də yoxdur”, deyən Şarmazanov iddia edib ki, Paşinyan Azərbaycanın dövlət başçısının siyasəti qarşısında aciz qalıb.

"Daşnaksütyun” partiyası bürosunun sədri Armen Rustamyan da keçirdiyi mətbuat konfransında yeni hökumətin danışıqlar prosesində Azərbaycana məğlub olduğunu vurğulayıb. O, Paşinyanı keçmiş prezident Levon Ter-Petrosyanın siyasi xəttini davam etdirməkdə və Dağlıq Qarabağ məsələsində Bakıya güzəştə getməkdə ittiham edib. Rustamyan əlavə edib ki, bütün müxalif siyasi qüvvələr baş nazirin təslimçi siyasətinə qarşı birləşməlidirlər.

Mətbuat konfranslarında baş nazir Paşinyana qarşı onun parlament üzvlərini təyin etməsi barədə ittihamlar da səslənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video