29 Yanvar 2019 15:02
661
İDMAN
A- A+

II Avropa Oyunlarının dünyanın 100-dən çox ölkəsində translyasiyası ilə bağlı razılaşmalar əldə edilib


II Avropa Oyunlarına 143 gündən sonra start veriləcək. Yarışları stadionlarda izləmək üçün Minskə gələ bilməyən idman həvəskarları Oyunlara 120-dən çox ölkədə canlı yayım vasitəsilə baxa biləcəklər.

AZƏRTAC "Minsk-2019” saytına istinadla xəbər verir ki, yerli yayım şirkəti ISB Avropanın aparıcı yayım şirkətləri ilə Oyunların 106 ərazidə translyasiyasına dair razılaşmalar əldə edib. Televiziya translyasiyalarının auditoriyası Afrikadan Yeni Zelandiyaya qədər ərazi də daxil olmaqla bütün dünyada 500 milyondan çox tamaşaçını əhatə edəcək.

Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç deyib: "Bu, Avropa Oyunlarının uğurlu və yaddaqalan olmasına kömək etmək baxımından əla xəbər olmaqla yanaşı, həm də daha böyük tamaşaçı auditoriyasına layiq olan idmançılar üçün də vacibdir. Biz bu yay həm şəxsən, həm də geniş yayım şəbəkəsi vasitəsilə bütün dünyanı Minskdən salamlamağı səbirsizliklə gözləyirik”.

ISB-nin II Avropa Oyunlarında aparacağı yayımın həcmi təxminən 500 saatdır. Yayım şirkəti on yarış günü müddətində yarışların birbaşa translyasiyasını aparacaq, habelə əsas məqamların icmalını təqdim edəcək. Şirkət, həmçinin nəhəng idman hadisəsi olacaq II Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini canlı yayımla təqdim edəcək. Bu şirkət bütün dünyada idman yayımlarının innovasiyaları ilə tanınır. Əsası 1996-cı ildə Manolo Romero tərəfindən qoyulmuş şirkət bir çox iri idman yarışlarının, o cümlədən yeddi Olimpiya oyunları, altı Paralimpiya oyunları, çoxsaylı dünya çempionatları və kubokları, habelə Panamerika Oyunları kimi qitə yarışlarını translyasiya edən aparıcı yayım quruluşudur. "Biz bugünədək əldə olunmuş razılaşmalardan çox məmnunuq və tezliklə daha bir neçə kontraktı elan etməyə ümid edirik. Son məqsədimiz 120-dən çox yayım şirkəti ilə razılaşma əldə etməkdir və əminəm ki, biz buna nail ola biləcəyik”, -deyə Romero bəyan edib.

II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə yarışlar keçiriləcək. 8 idman növü üzrə yarışlar 2020-ci ildə Tokioda (Yaponiya) keçiriləcək Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Minskdə multiidman forumunda badminton, boks, baydarka və kanoedə avarçəkmə və cüdo yarışları Avropa çempionatları statusuna malik olacaq. Yarışlar 12 idman obyektində, o cümlədən "Dinamo” milli olimpiya stadionu, "Minsk-arena”, "Çijovka-arena”, İdman sarayı kimi ən iri obyektlərdə keçiriləcək. Dünyanın 50 ölkəsini təmsil edən 4 mindən çox idmançı 199 mükafat dəsti uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda keçirilmiş I Avropa Oyunlarında bizim yığmamız medalların sayına görə ikinci yeri tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video