29 Yanvar 2019 13:21
857
Səhiyyə
A- A+

Dünya Səhiyyə Təşkilatı qrip əleyhinə vaksinlərlə bağlı Avropa sakinlərinə müraciət edib


Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosunda mövsümi qrip təhlükəsini xatırladaraq, region əhalisini peyvənd olunmağa və yoluxma halları zamanı dərhal müalicəyə başlamağa çağırıblar. Hər il payız-qış mövsümü ərzində şimal yarımkürəsinin əhalisinin təxminən 20 faizi qripə yoluxur.

AZƏRTAC DST-nin mətbuat üçün hazırladığı məlumata istinadla xəbər verir ki, hazırkı mövsümdə Avropada A tipli qripə daha çox rast gəlinir.

Son vaxtlar regionda qripə yoluxma hallarının sayı artıb. DST ekspertləri əmindirlər ki, regionda qripin necə yayılması və virusun hansı dövri ştammlarının üstünlük təşkil etməsi barədə məlumatlar ölkələrə mövsümi qripin pik nöqtəsinə daha yaxşı hazırlaşmağa imkan verir.

"Qrip virusunun insanlarda xəstəlik əmələ gətirən iki tipi mövcuddur – A və B tipi. Hazırda regionda demək olar ki, mövsümi A tipli qripin bərabər nisbətdə 2 alttipi - A(H1N1) və birinci alttipdən çox cüzi üstün olan A(H3N2) dövr edir. B tipli qripə yoluxma hallarının sayı çox cüzidir”, - deyə mətbuat üçün məlumatda bildirilir. Lakin ekspertlər yaxın aylarda bu vəziyyətin dəyişəcəyini istisna etmirlər.

23 dövlətdən daxil olan məlumata görə, ümumilikdə, bu mövsüm qripdən ölənlərin sayı ötən bir neçə ilin analoji dövrü ilə müqayisədə göstəriciləri üstələmir. Lakin bir sıra ölkələrdə yaşlılar arasında qripdən ölüm halları artır.

DST-də bir daha region sakinlərini qrip əleyhinə vaksinlərə laqeyd yanaşmamağa çağırıblar. Həkimlər xatırladıblar ki, qripə yoluxduqdan sonra ağırlaşmaların inkişafının yüksək risk qrupuna yaşlı insanlar, hamilə qadınlar, azyaşlı uşaqlar, zəif immunitetə və xroniki patologiyalara malik insanlar daxildir. DST-də, həmçinin bütün tibb işçilərinə peyvənd etməyi məsləhət görürlər.

DST ekspertləri qrip əleyhinə vaksinlərin regionda dövr edən A tipli (H3N2), A tipli (H1N1) və B tipli bütün qrip viruslarını əhatə edəcəyi qənaətindədirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video