03:58 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xalqa layiqli xidmətin İLHAM ƏLİYEV nümunəsi
ANA SƏHİFƏ / SİYASƏT
01:24 29.01.2019


Vaxtilə müavinət almış vətəndaşlara Prezident növbəti humanistlik göstərdi: onlar da 11 min manat alacaqlar


Şəhid ailələrinin Prezident İlham Əliyevə birmənalı etimadının, dəstəyinin növbəti əyani təzahürü dünənki görüşün ən mühüm məqamı idi. Əslində Prezident, həmçinin, Mehriban xanım Əliyeva mütəmadi olaraq bu kateqoriyadan olan insanlarla görüşür, onları dinləyir və hər dəfə də yeni himayədarlıq nümunəsi nümayiş etdirirlər. Onu da vurğulayaq ki, şəhid, o cümlədən məcburi köçkün ailələri və müharibə əlilləri ilə Prezidentin hər görüşü səmimi ovqatı, xoş ünsiyyəti ilə əlamətdar olur, rəsmiyyətçilik məhdudiyyətini tamamilə aşır.


Prezident ərməğanı


Dünənki görüşdə də bu təəssürat bir daha yaşandı. Prezident görüşə əliboş gəlməmişdi. Belə ki, dövlət başçısı dünən imzaladığı fərmanla bir də təsdiqlədi ki, heç bir şəhid ailəsi onun diqqətindən kənarda qala bilməz.

Xatırladaq ki, ötən il aprelin 11-də keçirilən seçkilərdə inamlı qələbə qazanan İlham Əliyevin növbəti prezidentlik müddətində imzaladığı 1 nömrəli fərman da məhz şəhid ailələri ilə bağlı olmuşdu. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli həmin fərmana əsasən qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulmuşdu.

Bu fərman şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasının ölkədə aparılan sosial siyasətin başlıca məqsədlərindən biri olduğunu bir daha sübut etdi, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılandı. Həmin vaxtdan indiyədək 3100 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait verilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.

Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla isə 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanda dəyişiklik edilib. Dəyişikliyə əsasən Azərbaycanın ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir.

Azərbaycan ictimaiyyəti Prezidentin bu qərarını ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsinin daim əziz tutulmasının, onların ailə üzvlərinə diqqət və qayğının zaman keçdikcə daha da artmasının əyani təsdiqi kimi dəyərləndirir.


Şəhidlərimizin ruhuna sonsuz ehtiram hissi


Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər ölkə rəhbərinin şəhidlərimizin ruhuna sonsuz ehtiram hissindən, şəhid ailələrinə böyük qayğısından irəli gəlir. Ölkədə müharibə əlilləri və veteranları ilə yanaşı, şəhid ailələrinin mənzillə təminatı həyata keçirilir. Ötən illərdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Eləcə də bu vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib.

Eyni zamanda şəhid ailələri Prezidentin aylıq təqaüdü və müavinətlərlə təmin edilir. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla hazırda Milli qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, I qrup müharibə əlilləri üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar.

Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına da aylıq sosial müavinət verilir. Bunlardan başqa, şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Bütün bunlar, şəhid ailələrinin üzvləri üçün nəzərdə tutulan üstünlüklər, şəhid övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi və digər təminatlar bir daha göstərir ki, ölkədə aparılan sosial siyasətdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılması başlıca hədəflərdən biridir.

Azərbaycanı müstəqilliyə aparan yollar hamar olmayıb. Erməni təcavüzünə qarşı ilk gündən səfərbər olan, sovet hakimiyyətinə etiraz səsini ucaldan xalqımız bu yolda qanından keçib. Neçə oğul-qızımız vətən uğrunda şəhidlik zirvəsinə ucalıb. Şəhidlərin əziz xatirəsi cəmiyyətimizdə uca tutulur, vətən uğrunda canından keçənlər daim ehtiramla anılırlar. Şəhid ailələri isə dövlətin və şəxsən ölkə rəhbərinin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşmələri onlara göstərilən diqqətin bariz nümunəsi oldu.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM