28 Yanvar 2019 18:14
392
DÜNYA
A- A+

Suriya ordusu ekstremistlərin bazalarını top atəşinə tutdu


Suriya ordusunun artilleriyası Həma şəhərinin şimalında "Kətaib əl-İzzə” ekstremist qruplaşmasının bazalarına zərbə endirmişdir. Bu barədə SANA agentliyi xəbər verir.

Məlumata görə, düşmənin Kfar-Zita, Hasraya və Ərbəin yaşayış məntəqələri rayonunda yerləşən komanda məntəqələri və döyüş sursatı anbarları məhv edilmişdir.

Bundan əvvəl bandit dəstələrinin hökumət qüvvələrinin mövqelərinə hücum etmək üçün Teybə əl-İmam, Souran və Morik kəndlərinə soxulmaq cəhdlərinin qarşısı alınmışdır. Agentliyin xəbərinə görə, qoşunlar preventiv əməliyyatlar zamanı təhlükəni aradan qaldırmış, düşməni canlı qüvvə və texnika sarıdan tələfata məruz qoymuşdur.

Muzdlulardan ibarət "Kətaib əl-İzzə” qruplaşması "Cəbhə ən-Nüsrə” terrorçu təşkilatının himayəsi ilə Həma və İdlib əyalətlərində fəaliyyət göstərir. Terrorçular müntəzəm olaraq kəndlərə hücum edir, yerli sakinlərdən canlı sipər kimi istifadə etmək üçün onları girovluqda saxlayırlar.

Xatırladaq ki, bundan əvvəl "Cəbhə ən-Nüsrə” və digər radikal birləşmələr İdlib əyalətində Suriya qoşunları ilə təmas xəttini və onunla sərhədyanı Hələb, Latakiya və Həma rayonlarını tərk etmək tələbinə məhəl qoymamışdır. Ötən il sentyabrın 17-də Soçidə Rusiya və Türkiyə prezidentləri arasında əldə edilmiş razılaşmalara uyğun olaraq, Suriyanın şimalında dərinliyi 10-15 kilometr olan hərbisizləşdirilmiş zona yaradılmalı idi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video