28 Yanvar 2019 17:41
791
Təhsil
A- A+

Dövlət İmtahan Mərkəzi Şirvanda elmi-metodik seminarlar təşkil edib


Dövlət İmtahan Mərkəzi (DİM) ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar haqqında Şirvanda elmi-metodik seminarlar keçirib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, plenar iclas və seminarlarda Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayonlarının müvafiq fənn müəllimləri, metodistlər, məktəb direktorları, təhsil şöbələrinin nümayəndələri iştirak ediblər.

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili ilə bağlı təqdimatla çıxış edib. Məleykə Abbaszadə, həmçinin DİM-in yeni layihələri və imtahanların modelləri haqqında məlumat verib.

DİM-in şöbə müdiri Afiqə Batıyeva ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar haqqında danışıb.

Azərbaycan dili fənni üzrə seminarda Türkiyə Dəyanət Vəqfi – Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov, riyaziyyat fənni üzrə seminarda Bakı Dövlət Universitetinin dosenti İmran Abdullayev buraxılış və qəbul imtahanlarında mənimsəmə səviyyəsi yoxlanıla biləcək altstandartlar, proqram haqqında məlumat verərək yeni tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış ediblər.

İngilis dili fənni üzrə seminarda isə Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi, ingilis dili fənni üzrə seminarın rəhbəri Şəhla Musayeva qeyd olunan məsələlər haqqında təqdimat edib.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video