28 Yanvar 2019 14:23
492
DÜNYA
A- A+

Amerikalıların əksəriyyəti ölkədəki mövcud vəziyyətdən narazıdır


ABŞ vətəndaşlarının 63 faizi ölkədə yaranan hazırkı vəziyyətdən razı deyil və onun yalnış istiqamətdə getdiyi qənaətindədir. Onlar öz fikirlərini "fəlakət”, "pisləşmə”, "ağır zamanlar” kimi sözlərlə ifadə ediblər. Bu barədə məlumat "The Wall Street Journal” qəzeti ilə NBC telekanalının birgə apardıqları sosioloji sorğunun nəticələrində öz əksini tapıb. Bir ay öncə aparılan sorğu zamanı isə analoji göstərici 56 faiz təşkil etmişdi.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dekabr sorğusu ilə müqayisədə Donald Trampın şəxsi reytinqi dəyişməz qalıb: amerikalıların 43 faizi prezidenti dəstəkləyib, 54 faizi isə onun əleyhinə çıxıb. Bununla yanaşı, respondentlərin 50 faizi hökumətin işinin qismən dayandırılmasında prezidentin məsuliyyət daşıdığını, 37 faizi isə bunda Demokratlar partiyasının Konqresdəki nümayəndələrinin günahkar olduğunu hesab edir.

Yanvarın 27-də dərc olunan sosioloji tədqiqat büdcə böhranı səbəbindən federal hökumətin işinin dayandığı vaxt - yanvarın 20-23-də 900 vətəndaş arasında keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video