28 Yanvar 2019 14:23
666
DÜNYA
A- A+

Ermənistanda daha bir müddətsiz etiraz aksiyası keçirilir


Ermənistanda Diaspor Nazirliyinin əməkdaşları qurumun ləğv edilməsi qərarına qarşı çıxırlar. Onlar hökumət binasının qarşısına toplaşaraq müddətsiz etiraz aksiyasına başlayıblar. Diaspor Nazirliyinin əməkdaşları baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Bildirilir ki, ötən ilin sonlarında Diaspora Nazirliyi ləğv edilərək səlahiyyətləri Xarici İşlər Nazirliyinə verilib. Nəticədə 700 nəfər işsiz qalıb.

AZƏRTAC xəbər verir ki, Nikol Paşinyanın parlament seçkilərindən sonra Diaspor Nazirliyinin ləğv ediləcəyi haqqında bəyanatı xaricdə yaşayan ermənilərin ciddi etirazına səbəb olub. Fərqli ölkələrdə yaşayan erməni diaspor nümayəndələri Paşinyanın bəyanatına sərt reaksiya verirlər. Argentinadakı erməni diasporu baş naziri buna görə kəskin tənqid edərək səssiz qalmayacaqlarını bildiriblər. Avrasiya Araşdırma Mərkəzinin analitiki Aslan Yavuz Şir isə Paşinyanın qərarını dəstəkləyib. Onun sözlərinə görə, diaspor indiyədək Ermənistanda liderləri təzyiq altında saxlamaq məqsədilə istifadə edilib.

Vergiödəyiciləri də qanunvericiliyə olunan dəyişiklikdən narazıdırlar. Hətta küçə ticarəti ilə məşğul olanlar da kiçik və orta sahibkarlara qoşularaq aksiya keçirirlər. Onlar satdıqları məhsulları hökumət binası qarşısına gətirərək oturaq aksiyaya başlayıblar.

"Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan isə cəza çəkdiyi "Nubaraşen” həbsxanasında dünyasını dəyişib. Məlumata görə, Yegiazaryan ötən il dekabrın 5-də aclıq aksiyasına başlamışdı. Bu da onun səhhətində ciddi fəsad yaradıb. Nəticədə məhbus aclıqdan ölüb. Ermənistanın Ədliyyə Nazirliyi isə Yegiazaryanın ölüm səbəbini gizlədərək faktla bağlı araşdırma aparıldığını bəyan edib. "Vahid Ermənistan” partiyasının sədr müavini 2018-ci ilin dekabrında dələduzluq və hərbçilərdən pul almaq ittihamı ilə həbs edilmişdi. Onun ölüm xəbəri etirazla qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video