27 Yanvar 2019 14:46
736
İDMAN
A- A+

Moskvada “Qarabağ” mini-futbol komandasının rəsmi təqdimatı keçirilib


Moskvada "Qarabağ” mini-futbol komandasının rəsmi təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, altı il əvvəl yaradılan komandanın tərkibinə Moskvada təhsil alan azərbaycanlı gənclərlə yanaşı, rusiyalılar da daxildir.

Komandanın yaradıcısı və baş məşqçisi Elnur Vəliyevin sözlərinə görə, komandanın yaradılmasından məqsəd Azərbaycanı Rusiyada layiqincə təmsil etməkdir. "Biz ötən illər ərzində çətin yol keçmişik. Qələbələrimiz və məğlubiyyətlərimiz, hətta komandamızın dağılması təhlükəsi də olub. Bizə inandığına və dəstəyinə görə "Unicorn Challenge” şirkətinə və onun rəhbərliyinə təşəkkürümü bildirirəm”, - deyə o bildirib.

E.Vəliyev vurğulayıb ki, Rusiyadakı erməni diasporu ona maliyyə vəsaiti müqabilində komandanın adını dəyişməyi təklif edib: "Erməni diasporundan bizimlə əlaqə saxlayaraq komandanın adının dəyişdirilib "Arsax” adlandırılması müqabilində maliyyə vəsaiti təklif etmişdilər. Təbii ki, biz bunu rədd etdik”, - deyə məşqçi qeyd edib.

Futbol klubunun təqdimatında çıxış edən komandanın direktoru Leyla Səmədova komandaya dəstək olan hər kəsə təşəkkürünü bildirib, "Qarabağ”ın ümidləri doğruldacağını vurğulayıb.

Təqdimatdan sonra Rusiya Milli Mini-Futbol Liqasında Qarabağ ilk oyununu "Lebi” komandası ilə keçirib. Oyun 6-6 hesabı ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video