27 Yanvar 2019 00:31
647
Mədəniyyət
A- A+

“Milli Rəqəmsal Yaddaşda Nəsimi irsi”


Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında” müvafiq sərəncamlarının icrası ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) cari il üçün fəaliyyət planı hazırlayıb.

Planda MEK-in fondlarında Nəsimiyə aid mühafizə olunan materialların təftişi, sənədlərin sistemli axtarışı və mübadiləyə uyğunlaşdırılmış formatda elektron kataloqa, rəqəmsal bazaya daxil edilməsi, "Nəsimi” adlı e-bazanın yaradılması əsas yer tutur.

Bunlarla bağlı media vasitəsilə, o cümlədən MEK-in rəsmi www.mek.az saytında, sosial şəbəkələrdəki səhifələrində paylaşımlar edilməklə ictimaiyyətə mütəmadi məlumatlar veriləcək. Bundan başqa, kitabxana sərbəst ensiklopedik resurslarda - müxtəlif dillərdə olan "Vikipediya”larda Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalələrin yaradılmasını, mövcud olan yazıların əsaslı şəkildə redaktə edilməsini, 2019-cu ilin dekabrına qədər MEK-də sərginin təşkilini, "Bir kitabın izi ilə” formatında elektron təqdimatın hazırlanmasını və nümayişini, "Milli Rəqəmsal Yaddaşda Nəsimi irsi” mövzusunda müsabiqə keçirməyi də nəzərdə tutub.

Bu gün Nəsimi yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz hissəsidir. Böyük mütəfəkkirin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

İmadəddin Nəsiminin 650 illik yibileyində də şairin irsinin araşdırılması istiqamətində mühüm addımlar atılacaqdır.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video