27 Yanvar 2019 00:24
880
Elm və texnika
A- A+

Sıfır necə yarandı?


Elmin, mühəndisliyin və riyaziyyatın əsasında "heç nə” dayanır. Burada "heç nə”, şəksiz ki, sıfırdır. Sıfır bir anlayış kimi qədimlərdən bəlli olub. Onu Babil və Mayya yazılarında görmək mümkün idi.

Onunla fəsillərin keçidini göstərirdilər. Qədim alimlər sıfırla hər hansı bir rəqəmin "yoxluğunu” bildirirdilər. Babilistanlılara gəlincə, onlar bu rəqəmi mövcud olmayan rəqəmin iki yanında kiçik ox işarələri ilə göstərirdilər.

Bütün başqa rəqəmlərin qrafikası, yəni görkəmi tarix boyunca dəyişsə də, sıfırın işarəsi dəyişməz qalıb. Sıfır həmişə dairə şəklindədir.

Lakin bütün riyazi kamilliyinə baxmayaraq, sıfırın normal rəqəm kimi qəbul olunmasına 2 min il lazım gəlib. Bu isə Hindistanda baş verib. Sıfırın yeddinci əsrdən başlanan yüksəlişinin arxasında hind astronomu Braqmaqupta dayanır. O vaxt ryaziyyatda şunya - sıfır təkcə yoxluğu göstərmək üçün deyildi, o, başqa rəqəmlərlə birlikdə hesablamalarda iştirak edirdi. Onu toplamaq, çıxmaq, vurmaq olurdu. Bunların arasında ən müəmmalısı bölmədir. Məhz bu, riyaziyyatın yeni bir sahəsinin qol-qanad açmasına imkan verib. Sıfır sonradan Cənubi Asiyadan Yaxın Şərqə doğru yeridi. Burada isə islam alimləri bugünədək istifadə etdiyimiz rəqəmlər sistemini yaratdılar.

Lakin özünün belə ruhani və intellektual başlanğıcına baxmayaraq, sıfır real mübarizələrlə üzləşdi. Bu rəqəm Avropaya səlibçilərin İslam dünyasına yürüşü zamanı daxil olmuşdu. 1299-cu ildə Florensiyada sıfır da, bütün başqa ərəb rəqəmləri kimi, qadağan edilmişdi. Belə bir fikir yayılmışdı ki, guya bu rəqəmlər fırıldaqçılığa yol açır. Onların sözünə görə, sıfırdan asanlıqla 9 düzəltmək, qiymətləri saxtalaşdırmaq olar. Bundan başqa, sıfır çox qorxulu presedent yaradırdı, çünki mənfi rəqəmlərin gəlişinə qapı açırdı.

Lakin maraqlıdır ki, sıfır yalnız 15-ci əsrdə bütün ərəb rəqəmlərinin arasında qəbul edilib. Təsəvvür edin, bu vaxt artıq Oxford Universiteti, çap mətbuatı bir əsr idi ki, mövcud idi. Lakin sıfırın əsl əhəmiyyətinin riyaziyyatda qəbul edilməsi indiyədək istifadə etdiyimiz əksər elmi və texnoloji metodların əsasını qoyub. Nəhayət, XVII əsrdə sıfır fransız filosofu Deskartesin kəşf etdiyi karteziyan koordinat sisteminin (məktəbdə gördüyünüz x və y qrafikləri) əsası oldu. Bu sistemdən mühəndislikdən tutmuş kompüter qrafikasınadək hər yerdə bu gün də istifadə olunur. Bellos bunu ecazkar şəkildə belə ifadə edib: "İntibah, aralarında sıfırın da olduğu ərəb rəqəmlərinin gəlişi ilə həqiqətən də işıq saçdı. Bu, baş verəndə ağ və qara hesab dünyası bir anın içində şərəfləndi və rənglərə büründü”. İntibah dövründə isə sıfır daha da qüdrətləndi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video