26 Yanvar 2019 14:30
865
İDMAN
A- A+

Azərbaycanın “Land of Fire” komandası İsveçrədə qış polosu üzrə dünya kubokuna qələbə ilə başlayıb


İsveçrənin Sankt-Moritz şəhərində ənənəvi qış polosu üzrə "Snow Polo World Cup St. Moritz” dünya kuboku turniri davam edir. Heydər Əliyev Fondunun dəstəyi ilə turnirdə ölkəmizi təmsil edən "Land of Fire” komandası yarışa qələbə ilə başlayıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirin ilk oyun günündə idmançılarımız qar üstündə yarışlarda dünya kubokunu 13 dəfə qazanan və son 6 ildə isə 5 dəfə bu turnirin qalibi olmuş, 35 illik tarixə malik "Cartier” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda idmançılarımız rəqiblərini 51/2–5 hesabı ilə məğlub edib.

Komandamız növbəti görüşünü bu gün "Badrutt's Palace Hotel” komandasına qarşı keçirəcək. Həmin görüş Bakı vaxtı ilə saat 15:00-da təşkil olunacaq.

Turnir çərçivəsində "Land of Fire” komandasının pavilyonu tamaşaçıların böyük marağına səbəb olub.

Komandamızın ilk oyunundan əvvəl tamaşaçılara Əməkdar məşqçi Azər Həmzəyevin və Əməkdar artist, xoreoqraf Nailə Məmmədzadənin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin ilə rəqs ansamblının ifasında "Odlar Yurdu – Azərbaycan” adlı unikal şou-kompozisiya nümayiş olunub. Kompozisiya zamanı polonun vətəni Azərbaycanın atçılıq ənənələri, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı, güclü idmançılar diyarı kimi tanınması Avropa tamaşaçılarına nümayiş etdirilib. Süvarilər dəstəsinin və rəqs ansamblının əzəmətli və təkrarolunmaz çıxışları tamaşaçıların zövqünü oxşayıb, milli musiqimizin ecazkar sədaları onların duyğularını coşduraraq şaxtalı havada əsl Odlar Yurdu hərarətini hiss etdirib.

Azərbaycanın qədim tarixinin və mədəniyyətinin tərənnüm olunduğu pavilyonda ölkəmizin keçmişi və bu günü, sürətli inkişafı, turizm potensialı haqqında tamaşaçılara milli musiqimizin sədaları altında ətraflı məlumat verilib, məxsusi olaraq bu turnir üçün hazırlanmış bukletlər paylanıb. Pavilyonun qarşısında rəqs ansamblının ifasında milli rəqslərimiz tamaşaçıların böyük marağına səbəb olub. Avropalı tamaşaçılar rəqqaslarımızla birgə "Yallı” gedərək rəqs ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video