26 Yanvar 2019 14:22
414
DÜNYA
A- A+

Braziliyada su bəndi dağıldı: 50 ölü, 200 itkin


Braziliyanın cənub-qərbində yerləşən Minas-Jerays vilayətində su bəndinin dağılması nəticəsində 50 nəfər həlak olmuşdur. Bu barədə yerli KİV xəbər verir.

Məlumata görə, təxminən 200 nəfər itkin düşmüş hesab olunur. Hazırda xilasedicilər və könüllülər adamların axtarışını davam etdirirlər.

Su bəndi dağıldıqdan sonra onlarca adam faktiki olaraq çayın yaxınlığında "tələ”yə düşmüşdür. Hakimiyyət orqanları etiraf edir ki, sağ qalmış adamları tapmaq şansı minimaldır. Ətrafdakı evlərin sakinləri artıq təxliyə edilmişlər.

Bəndin sahibi olan "Vale” şirkətinin məlumatına görə, fövqəladə vəziyyət rayonunda hadisə zamanı 300-ə yaxın əməkdaş işləyirmiş. Bənd dağ-mədən sənayesi tullantılarının saxlanması üçün nəzərdə tutulmuş rayonda dağılmışdır.

Xatırladaq ki, həmin rayonda 2015-ci ildə də su bəndi dağılmışdı. O vaxt 19 nəfər həlak olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video